main-post-cover

    Galaxy Note 20+ 5G smartfonu Geekbench testlərindən keçdi

    Elm & Texnologiya
    02.04.2020
    Farid Pardashunas
        Baxmayaraq ki, Galaxy Note 20 smartfon seriyasının  təqdimatına hələ çox var, məşhur Geekbench bençmark saytında sözügedən seriyanın modellərindən biri ortaya çıxıb. Bu barədə Gagadget saytı xəbər verib. Geekbench-də ortaya çıxmış smartfonun test versiyası SM-N986U model nömrəsinə sahib olub. Məlumata əsasən bu, Galaxy Note 20+ 5G modelidir. Smartfon Android 10 əməliyyat sistemi vasitəsilə çalışır.
        Beləliklə smartfonun test versiyası Geekbench-in birnüvəli testində 985 xal, çoxnüvəli testində isə 3220 xal toplayıb. Ice Universe ləqəbli məşhur insayderin verdiyi məlumata əsasən testdən keçmiş smartfon 8 GB RAM və Snapdragon 865+ prosessoru ilə təchiz olunub. İnsayderlərin məlumatlarına əsasən Snapdragon 865+ prosessoru bu ilin üçüncü rübündə təqdim olunmalıdır. Galaxy Note 20+ 5G barəsində digər bir məlumat hələki yoxdur. Galaxy Note 20 flaqman smartfon seriyası bu ilin avqust ayında təqdim olunmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər