Logo
    main-post-cover

    Galaxy Note 7 Alana 400 Dollarlıq Oyun Paketi Hədiyyə!

    Google və Samsung-un ortaq işi olan Galaxy Game Pack ilə Note 7 sahibləri ümumi 14 oyunda cəmi 400 dollarlıq oyun paketi əldə edirlər.

     
    Samsung-un iki gün əvvəl rəsmi olaraq təqdim etdiyi ağıllı telefonu Galaxy Note 7-nin istifadəçilərə Vulkan API dəstəyi ilə yüksək səviyyədə oyun həyəcanı yaşadacağı açıqlanmışdı.
    Belə ki, Galaxy Note 7 ilə birlikdə GoogleSamsung-un ortaq işi olan Galaxy Game Pack-da mətbuat konfransında təqdim edildi. Vulkan API sistemindən istifadə edən oyunların daxil olduğu Galaxy Game Pack ilə konsol keyfiyyətini mobil telefonlara gətirən məşhur 14 oyunda Samsung Galaxy Note 7 istifadəçiləri ümumi 400 dollarlıq oyun paketinə ödənişsiz olaraq sahib olacaqlar.
    Bundan əvvəlki modellərdə də Samsung oxşar bir şəkildə ödənişli paketləri ödənişsiz olaraq təqdim etdiyi kampaniyalar keçirmişdi. Ancaq ilk dəfə istehlakçı tərəfində maliyyəti bu qədər artan bir ödənişsiz paket Galaxy Note 7 ilə birlikdə təqdim edilir.
     
    Galaxy Game Pack-da yer alan oyunların tam siyahısı isə bu haldadır: 
     
    1. Need for Speed No Limits
    2. - Hit
    3. - Vainglory
    4. - Olympus Rising
    5. - Nonstop Knight
    6. - Empire: Four Kingdoms
    7. - Hearthstone: Heroes of Warcraft
    8. - MARVEL Contest of Champions
    9. - Asphalt 8: Airborne
    10. - Hungry Shark World
    11. - Angry Birds
    12. - Pop Bubble Shooter
    13. - Star Wars Galaxy of Heroes
    14. - Sims City Free Play
    15. - Clash of Kings 
      Paylaş
      Bənzər xəbərlər