Galaxy Note 9-un keyfiyyətli render və real fotoları sızdırıldı
Elm & Texnologiya
18.07.2018
Farid Pardashunas
Baxmayaraq ki, Galaxy Note 9-un sızdırılmış yeni fotoları
heç bir sürpriz sərgiləmir, bu yeni fotolar Samsung şirkətinin flaqman modelinə
daha yaxşı baxışı təqdim edir. Smartfonun press render fotosu məşhur insayder
Evan Blass tərəfindən təqdim olunub. Onun daha əvvəlki proqnozlarının necə dəqiq
olduğunu nəzərə alsaq paylaşılmış fotoya şübhə etməyə ehtiyac qalmır.
Evan
Blass tərəfindən təqdim olunmuş fotonu həmçinin digər istifadəçi tərəfindən təqdim
edilmiş real fotolar da təsdiqləyir. Fotolardan da görmək olar ki. smartfonun
ön paneli tamamilə Galaxy Note 8-ə bənzəyir. Arxa panel isə bəzi dəyişikliklər
ilə qarşılaşıb. Belə ki, yeni modeldə barmaq izi skanı texnologiyası arxa
panelin orta hissəsində kamera və işıqlandırma sistemi isə ondan yuxarıda yerləşdirilib.
Qeyd etmək lazımdır ki, Galaxy Note 9-un rəsmi təqdimatı 9 Avqust tarixində baş
tutacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)