main-post-cover

    Galaxy S10 seriyasının büdcəli versiyası Galaxy S10E'nin rəsmi render fotosu təqdim edildi

    Elm & Texnologiya
    06.02.2019
    Farid Pardashunas
        Bir neçə müddət bundan öncə internetdə adi Galaxy S10 ilə S10 Plus smartfon modellərinin rəsmi render fotoları ortaya çıxmışdı. İndi isə məşhur insayder Roland Quandt sözügedən flaqman seriyasının büdcəli versiyası olan Galaxy S10E modelinin rəsmi render fotosunu təqdim edib. Bu barədə Winfuture saytı xəbər verib.

        Məlumata əsasən sözügedən smartfon məhz Galaxy S10E adı ilə satışa çıxacaq. Smartfon yastı ekrana sahib olacaq və ekranın yuxarı sağ hissəsində ön kamera üçün nəzərdə tutulmuş dairəvi hissə ilə təchiz olunacaq. Adi Galaxy S10 və S10 Plus modellərindən fərqli olaraq Galaxy S10E modelində barmaq izi skanı texnologiyası smartfonun kənar hissəsində yerləşəcək. Smartfon həmçinin ikili arxa kamera və 3.5 mm-lik audiogiriş ilə də təchiz olunacaq.

        Son məlumat sızıntılarına əsasən Galaxy S10E smartfon modeli QHD+ keyfiyyətli 5.8 düym Super AMOLED ekran, Snapdragon 855/Exynos 9810 prosessorları (satışa çıxacağı bazardan asılı olaraq), 6 GB RAM, 128 GB daxili yaddaş həcmi və 3100 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, yeni Galaxy S10 seriyası 20 fevral tarixində San Fransiskoda təqdim olunacaq. Gözləntilərə əsasən Galaxy S10E modeli Avropada 750 avro qiymətində satışa çıxacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər