Galaxy S10 seriyasının qiymətləri və satış tarixləri ortaya çıxdı

Galaxy S10 seriyasının qiymətləri və satış tarixləri ortaya çıxdı

Texnologiya
13.12.2018 PAYLAŞIM

    Çinin Gizmodo adlı saytı Galaxy S10 seriyasının qiyməti, bəzi texniki göstəriciləri və çıxış tarixi barəsində eksklüziv məlumatları verib. Qeyd etmək lazımdır ki, Gizmodo tərəfindən təqdim olunmuş qiymət göstəriciləri İngiltərə bazarı üçün nəzərdə tutulub. İngiltərədə isə smartfonlar Avropa və digər ölkələr ilə müqayisədə daha baha satılırlar.

    Beləliklə məlumata əsasən Galaxy S10 Lite modeli 5.8 düym ekran, 128 GB daxili yaddaş həcmi ilə təchiz olunacaq və 845$-a satılacaq. Adi Galaxy S10 6.1 düym ekran, 128 GB daxili yaddaş həcmi ilə təchiz olunacaq və 1010$-a satılacaq. 512 GB daxili yaddaş həcminə sahib adi Galaxy S10 modelini 1260$ dəyərində qiymətləndiriblər. Galaxy S10 Plus modeli isə 6.4 düym ekran, 128/512 GB və 1 TB daxili yaddaş həcmi ilə təchiz olunacaq. 128 GB daxili yaddaşa sahib olacaq versiya 1135$-a, 512 GB daxili yaddaşa sahib olacaq versiya 1385$-a, 1 TB yaddaşa sahib olacaq versiya isə 1765$-a satılacaq.

Bənzər xəbər



    Məlumata əsasən 5G modula sahib olacaq Galaxy S10 versiyaları daha sonra satışa çıxacaqlar və onların qiymətləri daha baha olacaq. Bundan əlavə olaraq yeni məlumatda qeyd olunub ki, yeni Galaxy S seriyası Samsung Unpacked adlı ayrıca tədbirdə təqdim olunacaq və həmin tədbir 20 fevral 2019-cu il tarixində baş tutacaq. Smartfonların ön sifarişlərinə elə həmin gün start veriləcək. Cihazların özləri isə 8 mart tarixində satışa çıxacaqlar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


AMD-dən 10.nəsil Intel-ə yeni zərbə: 3 yeni prosessor gəlir

AMD şirkəti 10.nəsil Intel prosessorlarına yeni rəqiblər satışa çıxarır. Yeni Ryzen prosessorları tə..


Google axtarış sistemində dəyişiklik: Bu saytlar axtarış nəticələrində önə çıxac..

Google axtarış sistemi yaxın zamanda axtarış nəticələrində səhifələrin seçimi alqoritmində dəyişikli..


Linux-un atası Linus Torvalds illər sonra AMD prosessora keçdi: Niyə?

Linux əməliyyat sisteminin atası kimi tanınan Linus Torvalds illər sonra Intel prosessorlardan AMD-ə..


Samsung, Dual Pixel və Tetracell texnologiyalarını birləşdirən kamera sensorunun..

Samsung şirkəti Dual Pixel və Tetracell texnologiyalarını birləşdirən kamera sensorunun istehsalına ..


Sabrent şirkəti dünyanın ilk 8 TB həcmində olan SSD-sini təqdim etdi

Sabrent şirkəti dünyanın ilk 8 TB həcmində olan M.2 SSD-sini təqdim etdi.


Dünyanın ilk 8K keyfiyyətli holoqrafik 3D ekranı təqdim olunub (VİDEO)

4K keyfiyyətli ekranlar hələ təzə-təzə məşhurlaşmağa başlayırlar. Lakin istehsalçılar artıq 4K-dan d..

×