Google kosmosda data mərkəzləri üçün SpaceX ilə əməkdaşlıq edə bilər
Elm & Texnologiya
13.05.2026
Sevinj
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Google kosmosda yerləşəcək məlumat mərkəzləri layihəsi üçün SpaceX ilə əməkdaşlıq imkanlarını müzakirə edir. The Wall Street Journal-ın yaydığı məlumata görə, tərəflər arasında razılaşma əldə olunarsa, bu addım texnologiya və kosmik sənayedə maraqlı tərəfdaşlıqlardan birinə çevrilə bilər. Çünki hər iki şirkət bir çox sahədə rəqib hesab olunur.
Məlumata əsasən, Google-un “Project Suncatcher” adlı layihəsi hələ ötən ilin noyabr ayında təqdim olunub. Layihənin əsas məqsədi Yer orbitində yerləşdirilən məlumat mərkəzlərinin texniki və iqtisadi baxımdan mümkün olub-olmadığını araşdırmaqdır. Şirkət bu istiqamətdə peyk istehsalçısı Planet Labs ilə də əməkdaşlıq edir və orbitə göndəriləcək peyklərin hazırlanması üzərində çalışır.
Digər tərəfdən, Elon Musk bu ilin fevral ayında xAI ilə SpaceX-in birləşdirildiyini açıqlamış və gələcəkdə orbitdə milyonlarla məlumat emalı peykinin yerləşdirilməsinin planlaşdırıldığını bildirmişdi. Musk hesab edir ki, yaxın bir neçə il ərzində süni intellekt üçün hesablama gücünün ən ucuz mənbələrindən biri məhz kosmos olacaq.
Paylaş
