Logo
    main-post-cover

    Google Pixel 9 smartfonlarında olacaq Tensor G4 prosessoru barəsində yeni məlumatlar verilib

    Elm & Texnologiya
    02.08.2024
    Emil
         Google şirkətinin 13 avqust tarixində təqdim edəcəyi Pixel 9 smartfonları Tensor G4 prosessoru vasitəsilə çalışacaqlar. İndi isə insayderlər bu yeni prosessor barəsində məlumatlar veriblər. Beləliklə insayderlərin sözlərinə əsasən Tensor G4 prosessoru keçən ilki Pixel 8 smartfonlarında istifadə edilən Tensor G3 prosessorundan çox az fərqlənəcək. Məlumatda qeyd edilib ki, Tensor G4 prosessoru 8 nüvəli olacaq. Söhbət, 1 ədəd Cortex-X4, 3 ədəd Cortex-A720 və 4 ədəd Cortex-A520 nüvəsindən gedir.
          Müqayisə üçün qeyd etmək lazımdır ki, Tensor G3 prosessoru 9 nüvəlidir. Belə ki, o özündə 1 ədəd Cortex-X3, 4 ədəd Cortex-A715 və 4 ədəd Cortex-A510 nüvəsini birləşdirir. Cortex-X4 nüvəsinin bençmarkların bir nüvəli testləri çərçivəsində yüksək performans sərgilədiyi halda onun çox nüvəli testlərdə performansı sadəcə 3% daha yüksəkdir. Bundan əlavə olaraq Tensor G4 prosessoru Exynos 5400 adlı 5G modemi əldə etməlidir. Bu modem isə Exynos 5300-dən enerji sərfiyyatı mövzusunda 50% daha effektiv olmalıdır. Yerdə qalan bütün göstəricilər baxımından Tensor G4 prosessoru keçən ilki Tensor G3 ilə eyni olmalıdır.
    Paylaş