main-post-cover

    Google qatlana bilən planşet üzərində çalışır

    Texnologiya
    28.07.2023
    Emil Noisy
        İnsayderlərin vermiş olduqları yeni məlumata əsasən Google şirkəti hal hazırda bir neçə yeni qatlana bilən cihaz üzərində çalışır. Onların sözlərinə əsasən hazırlanan yeni qatlana bilən cihazlar arasında həmçinin elastiki ekrana sahib planşet də var. Bəzi məlumatlara əsasən şirkət öz ilk qatlana bilən planşet modelini artıq gələn ilki Google I/O tədbirində təqdim edə bilər. Qeyd etmək lazımdır ki, planşetlər bazarında hələ heç bir şirkət qatlana bilən planşet modelini təqdim etmədiyi üçün bu cür cihazlar üzrə rəqabət hələ mövcud deyil. Lakin son zamanlarda ortaya çıxmış məlumatlara əsasən bu cür cihaz üzərində həmçinin Apple ilə Samsung da çalışır.
    Linki kopyala
    © 2015-2023 Technote MMC