main-post-cover

    Google şirkəti Pixel smartfonları və Chrome OS-li noutbuklar üçün fərdi prosessor üzərində çalışır

    Elm & Texnologiya
    16.04.2020
    Farid Pardashunas
        Bir neçə müddət bundan öncə internetdə məlumat ortaya çıxmışdı ki, Google şirkəti Samsung ilə birlikdə fərdi prosessor modellərinin üzərində çalışır. İndi isə bu məlumatı Axios saytı təsdiqləyib və bu məsələ ilə bağlı yeni təfərrüatlar verib. Beləliklə verilmiş məlumata əsasən Google şirkətinin fərdi prosessor modeli Whitechapel kod adına sahibdir və Samsung-un 5 nanometrlik texnoloji prosesi əsasında hazırlanır.
        Qeyd etmək lazımdır ki, bu, Samsung-un digər şirkətlər üçün hazırladığı ilk prosessor modeli deyil. Belə ki, daha öncə Samsung şirkəti Apple üçün A seriyasına daxil olan prosessor modellərini istehsal edirdi. Məlumata əsasən Samsung tərəfindən hazırlanan yeni prosessor Pixel smartfonları və Chrome OS əməliyyat sistemi ilə çalışan noutbuklar üçün nəzərdə tutulub. Sözügedən prosessor 8 ədəd ARM nüvəsi əldə edəcək. Həmin nüvələr isə Google şirkətinin machine learning texnologiyası üçün optimizasiya ediləcəklər.
        Bununla yanaşı prosessorun nüvələri xüsusi komponent əldə edəcəklər və həmin komponent səsli köməkçinin işini daha da təkmilləşdirəcək. Fərdi prosessor modellərinin yaradılması öz növbəsində Google şirkətinə gələcəkdə Apple ilə rəqabət aparmağa və maliyyə xərclərinin azaldılmasına imkan verəcək. Belə ki, Qualcomm prosessorları ildən-ilə daha da baha başa gəlirlər. Şirkətin fərdi prosessor modelini yaxın zamanda gözləmək lazım deyil. Məlumata əsasən həmin prosessorun istifadəsinə 2021-ci ildən tez start verilməyəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər