
"Google" tərcümə xidmətində süni zəkadan istifadə edəcək
Elm & Texnologiya
07.05.2017
Farid
"Google" artıq öz tərcümə xidmətində də süni zəka istifadə edəcək.
Bildiyiniz kimi tərcümə xidmətləri içində ən
çox istifadə olunanlardan biri Google tərcümədir. Belə ki, bir çox hallarda
qarşımıza tam olaraq həmin mənanı verməyən, gülməli tərcümələr çıxır. Artıq "Google" bunun qarşısını almaq üçün yeni süni zəka sistemini aktiv hala gətirəcək. Yeni
sistemin artıq daha az səhvlərə yol verməsi, o cümlədən danışıq dilinə daha
yaxın olması gözlənilir.

Bu arada "Google” ən çox işlənən dilləri
ilk olaraq sınaqdan keçirəcək. Bunlar arasında Çin, İngilis, Fransız, Alman, Yapon, Koreya dili və Türkcə yer ala bilər.
Belə ki, bu yenilik zamanla həyata keçiriləcək.
"Google”un bu yeniliyində Neural Machine
Translation (NMT) adlı süni zəka
istifadə olunacaq. Proqramın uğurlu olması halında "Google” daha 103 dili siyahıya daxil edəcək. Ümid
edirik ki, Azərbaycan dili də bu siyahıya daxil olacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
