Logo
    main-post-cover

    X yeni reklam formatını sınaqdan keçirir

         Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, X sosial şəbəkəsi paylaşımlarla birbaşa əlaqələndirilən yeni reklam formatını sınaqdan keçirir. Yeni formatda istifadəçilərin yazılarının altında həmin yazıda adı çəkilən şirkət və ya məhsulla bağlı tövsiyə yerləşdirilir.
         Sınaq ilk dəfə Avropada bir istifadəçi tərəfindən aşkar edilib. Məsələn, bir istifadəçi Portuqaliyada Starlink peyk internet xidmətinin yaxşı işlədiyini yazdıqdan sonra paylaşımın altında “Get Starlink” (“Starlink əldə et”) tövsiyəsi görünüb. Linkə klik etdikdə istifadəçi birbaşa Starlink-in rəsmi saytına yönləndirilib.
         X-in məhsul rəhbəri Nikita Bier bu sınağı təsdiqləyərək bildirib: “Reklam kimi görünməyən reklam məhsulu yaratmağa çalışırıq.” Hazırda bu reklam formatı bütün istifadəçilərə göstərilmir. Məsələn, @levelsio adlı istifadəçinin 6 mart tarixli paylaşımının altında reklamın yerləşdiyi sahə görünür, lakin reklam aktiv olmayan regionlarda bu bölmədə sadəcə başqa təsadüfi X paylaşımı göstərilir.
         Əgər gələcəkdə kontent yaradıcılarının sponsorlu paylaşımları bu yeni reklam linkləri ilə birləşdirilərsə, X platforması marketoloqlar üçün daha cəlbedici ola bilər.
    Paylaş