GoPro Hero 12 Black action kamerası təqdim edilib - QİYMƏTİ

GoPro Hero 12 Black action kamerası təqdim edilib - QİYMƏTİ

Texnologiya
07.09.2023 PAYLAŞIM

    GoPro şirkəti GoPro Hero 12 Black action kamerasını təqdim edib. Yeni action kamera GoPro Hero 11 Black ilə müqayisədə elə də ciddi dəyişikliklər əldə etməyib. Bununla belə Hero 12 Black bir sıra yeni imkanı əldə edib. Bundan əlavə olaraq Hero 12 Black orijinal gövdə rənginə sahibdir. Onun gövdəsi qara plastikdən təşkil edilib və göy rəngdə kiçik ölçülü nöqtələrdən ibarətdir. GoPro Hero 11 Black kimi Hero 12 Black də 27 MP-lik kamera ilə təchiz olunub.


    Kamera sensorunun ölçüsü 1/1.9 düym, diafraqma göstəricisi isə f/2.5 təşkil edir. Action kameranın yeni modeli həmçinin özündə keçən ilki modelin prosessorunu (GP2) və əsas gövdə elementlərinin yerləşmə tərzlərini birləşdirir. Lakin yeni modelin alt hissəsində ştativə bərkidilmə üçün nəzərdə tutulmuş xüsusi yuva mövcuddur.

    Şirkətin vermiş olduğu məlumata əsasən Hero 11 Black ilə eyni ölçülərə sahib olmasına baxmayaraq Hero 12 Black-ın kamerası 70 dəqiqə ərzində saniyədə 60 kadr sürətlə 5.3K keyfiyyətində və 2.5 saat ərzində saniyədə 30 kadr sürətlə eyni keyfiyyətdə videolar çəkə bilir. Yeni action kamera üstəlik özündə 8:7 nisbətində videoların çəkiliş imkanını da birləşdirir. Hero 12 Black-ın digər özəllikləri aşağıdakılardır.

- HyperSmooth 6.0 stabilizasiya sistemi

- Yaxşılaşdırılmış HDR rejim

- Şaquli interfeys rejimi

- Səsin naqilsiz qulaqlıq mikrofonundan yazılması

- İki ədəd Hero 12 Black vasitəsilə sinxronlaşdırılmış çəkiliş

GoPro Hero 12 Black 13 sentyabr tarixində 400$ qiymətində satışa çıxacaq.



DAHA ÇOX


Google Fitbit Charge 6 smart qolbağını təqdim edib - QİYMƏTİ

Google şirkəti 2021-ci ildə smart qolbaq istehsalçısı olan Fitbit-i almışdı. İndi isə şirkət sözüged..


Lenovo şirkəti Tab M11 planşeti üzərində çalışır

Lenovo şirkəti bu ilin əvvəlində 5G dəstəkli Tab M10 planşetini təqdim etmişdi.


OnePlus Buds Pro 3 naqilsiz qulaqlığının fotoları təqdim edilib

OnePlus şirkətinin hal hazırda üzərində çalışdığı yeni məhsullardan biri də OnePlus Buds Pro 3 adlı ..


ChatGPT dəstəkli smart eynək təqdim edilib - QİYMƏTİ

Solos adlı şirkət süni zəka əsaslı ChatGPT çat-botuna sürətli keçid funksiyasına sahib AirGo 3 adlı ..


Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive, OpenAI CEO-su ilə süni zəka dəst..

The Information saytının verdiyi məlumata əsasən Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive, Ope..


Meta Quest 3 qarışıq reallıq cihazının satış tarixi açıqlanıb (VİDEO)..

Meta şirkəti özünün Connect adlı tədbiri çərçivəsində Meta Quest 3 qarışıq reallıq (AR + VR) cihazın..

×