main-post-cover

    Hackerlər smart kameralar girişi pulsuz paylayırlar

    Elm & Texnologiya
    21.06.2017
    Emil Nəcəfov

    Son zamanlarda videomüşahidə üçün nəzərdə tutulmuş smart kameralara böyük tələbat var.

    Həmin smart kameralar internetə qoşularaq real zaman ərzində planetin istənilən nöqtəsində olan sahibinin mobil telefonuna videogörüntünü göndərir. Kameralar təhlükəsizliyi təmin etmək üçün nəzərdə tutulub. Lakin bununla yanaşı həmin kameralar həmçinin hackerlər üçün də əlverişli cihazlara çevrilirlər. Çinin dövlət videomüşahidə xidməti bildirir ki, Çində hal hazırda istənilən şəxs təqribi olaraq 28$-a digər insanları izləməyə imkan verən xüsusi proqram təminatını əldə edə bilər. Məlumata əsasən bu cür proqram təminatı adətən videomüşahidələr üçün nəzərdə tutulmuş smart kameraları rahatlıqla skan edərək onların idarəetməsini ələ keçirə bilir. Bundan əlavə olaraq çinli hackerlər sosial şəbəkələrdə bununla bağlı böyük qruplar yaradırlar. Həmin qruplarda isə hack olunmuş cihaz istifadəçilərin login və şifrələri təqdim olunur. Hər gün hackerlər 200-400 hack edilmiş kamera istifadəçilərinin məlumatlarını tamamilə pulsuz təqdim edirlər. Bu məlumatları isə yüzlərlə insan yükləyir. Həmin siyahılar, proqram təminatının yalan olmamasını sübut etmək üçün pulsuz şəkildə insanlara paylanır.
     

    Linki kopyala