Logo
    main-post-cover

    Havanın mikroplastikdən təmizlənməsi üsulu təklif edilib

    Elm & Texnologiya
    19.06.2025
    Emil
         Tədqiqatçılar ətraf mühitdə toplanmış mikoplastiki havadan təmizləmək üçün sadə və effektiv bir üsul tapıblar. Təcrübə göstərib ki, “yaşıl damlar” təhlükəli hissəciklərin 97.5%-ni aradan qaldıra bilir. İnsanlıq plastik materialı ilk dəfə 150 ildən çox əvvəl ixtira etdikdən bəri, bu materialın xırda hissəcikləri demək olar ki, bütün planetə yayılıb: Mikoplastik hissəciklər artıq su, hava, torpaq, heyvanlar və insanlar daxil olmaqla hər yerdə aşkarlanıb. Son illərdə alimlər planetin bu çirklənmədən təmizlənməsi yollarını tapmağa fokuslanıblar və görünür, bu istiqamətdə ciddi irəliləyiş əldə edilib.
         Tədqiqatlar göstərir ki, mikoplastik hər yerdədir: İçdiyimiz suda, yediyimiz qidada və nəfəs aldığımız havada. Lakin əgər siz şəhərdə yaşayan və havadakı plastik hissəciklərin təsirini azaltmaq istəyən birisinizsə, “yaşıl dam” sizin üçün ən yaxşı seçim ola bilər. “Yaşıl dam” ifadəsi sadəcə binaların yaşıl rəngə boyanması demək deyil. Tədqiqatçılar bununla damların və ya digər şəhər infrastrukturlarının üzərində yetişdirilmiş bitkilərlə, çiçəklərlə, kol və digər yaşıllıqla zəngin sahələri nəzərdə tuturlar. Alimlərin qənaətinə görə, belə yaşıllıqlar təkcə şəhər mənzərəsini canlandırmır və biomüxtəlifliyi artırmır, həm də zərərli hissəciklərdən ibarət olan şəhər havasının təmizlənməsi üçün effektiv vasitədir. Araşdırmalar göstərib ki, “yaşıl damlar” aşağıdakı faydaları verir:
    - Havanı təmizləyir
    - Hissəcikləri bitkilərin səthində tutur
    - Torpaq qatları vasitəsilə çirkləndirici maddələri filtrasiya edir
    - Ozon azot oksidləri kimi qazları udur.
         Bütün bu təsirlər birgə şəkildə havanın keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Yeni bir araşdırmada Çinin Tonczi Universitetinin alimləri “yaşıl damların” havadakı mikoplastik miqdarının azalmasına müsbət təsir göstərib-göstərmədiyini öyrənməyə fokuslanıblar. Bu məqsədlə alimlər Şanxay kimi iri bir meqapolisdə yerləşən bir neçə yaşayış binasının damını tədqiq ediblər. Bəzi damlar olduğu kimi, yəni açıq vəziyyətdə saxlanılıb, digərləri isə nazik torpaq qatı ilə örtülərək bölgədəki yaşıl damlarda adətən istifadə olunan iki bitki növü - qızılgül rodiyolası düz yarpaqlı səhləb (sedum lineare) ilə əkilib.
         Tədqiqatçılar hesab edirlər ki, “yaşıl damlar” mikoplastiki süngər kimi udur. Yağış yağdıqda havadakı plastik hissəciklər şəhərə doğru yuyulur. Yaşıllıqla örtülmüş damlarda isə bitkilər və torpaq suyun axınını yavaşladır, mikoplastik hissəciklərə çöküb qalmaq üçün zaman yaradır. Əslində torpaq təbii filtr rolunu oynayır və hissəciklərin böyük hissəsini tutur, mikoplastikin bir hissəsi isə bitkilərin yarpaqlarına və saplaqlarına yapışır. Nəticələr göstərir ki, “yaşıl damlar” güclü leysan zamanı mikoplastikin 97.5%-dən çoxunu həqiqətən tuta bilir.
         Maraqlıdır ki, tutulmuş hissəciklərin böyük hissəsi torpaqda çökür, lakin bitkilər də havadakı hissəcikləri tutmaq qabiliyyətində mühüm rol oynayır. Qeyd edək ki, bu gün Şanxayda təxminən 3.56 milyon kvadratmetr “yaşıl dam” mövcuddur. Lakin alimlər hesab edirlər ki, bu damların şəhər miqyasında geniş tətbiqi sayəsində bitki örtüyü ildə 56.2 ton mikoplastiki tuta bilərdi. Bu isə məişət tullantı sularından yaranan mikoplastik tullantı miqdarını belə üstələyir. Bununla belə, alimlər kiçik bir xəbərdarlıq da edirlər. “Yaşıl damların” konstruksiyasında plastik materiallardan istifadə olunmamalıdır. Çünki zaman keçdikcə bu plastik materiallar özləri parçalanaraq problemin yaranmasına səbəb ola bilər.
     
    Paylaş