Logo
    main-post-cover

    Hələ təqdim edilməmiş Redmi 7 smartfonunun videosu ortaya çıxdı

        İnternetdə hələ təqdim edilməmiş Redmi 7 smartfonunun videosu ortaya çıxıb. Ortaya çıxmış video smartfonun xarici görünüşünü təsdiqləyib və onun bəzi özəlliklərini sərgiləyib. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə xarici görünüşcə Redmi 7 ssmartfonu Redmi Note 7 modelinə bənzəyir. Lakin Redmi Note 7-dən fərqli olaraq Redmi 7-nin ekran ətrafındakı çərçivələri bir qədər genişdir. Smartfon plastik materialdan hazırlanmış gövdəyə və şarj prosesi üçün nəzərdə tutulmuş microUSB grişinə sahibdir.

        Əsas texniki göstəricilərə gəldikdə isə smartfon HD+ keyfiyyətli 6.26 düym IPS ekran, 8 nüvəli Snapdragon 636 prosessoru, 3 GB RAM, 64 GB daxili yaddaş həcmi, 12 MP-lik ikili arxa kamera və 3900 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Lakin məlumdur ki, smartfonun 2/4 GB RAM və 16/32 GB daxili yaddaş həcmli versiyaları da olacaq. Redmi 7 Android Pie əməliyyat sistemi vasitəsilə çalışacaq. Xiaomi şirkəti smartfonun təqdimat tarixini hələki açıqlamayıb. Lakin çoxlu sayda məlumat sızıntılarını nəzərə alsaq smartfon yaxın müddətdə təqdim olunmalıdır.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Hələ təqdim edilməmiş Redmi 7 smartfonunun videosu ortaya çıxdı | Technote