Həyatın kosmosdan gəldiyinə dair daha bir sübut aşkar edilib
Elm & Texnologiya
28.10.2024
Emil Nəcəfov
Alimlər Yer kürəsində bioloji həyat növünün formalaşması üçün vacib olan orqanik molekulların planetimizə kosmosdan gəldiklərinə dair yeni sübutlar aşkar ediblər. Planetimizdə rast gəlinən fosillərdə hüceyrə əsaslı orqanik birləşmələr 3.7 milyard il yaşa sahib süxur laylarında olurlar. Yəni bir hüceyrədən təşkil edilmiş sadə həyat növü planet səthinin qəliz molekulları buxarlandırmadığı hala kimi soyumasından dərhal sonra ortaya çıxıb. Bu halda həyat növü adi kimyəvi elementlərdən inkişaf edə bilməzdi. Buna görə də sadə orqanik molekullar lazım idi. Çox güman ki, həmin molekullar kosmosdan gəliblər.
Alimlər artıq uzun müddətdir ki, ulduzlararası məkanda qəliz orqanik molekulların (karbon və hidrogen birləşmələri) mövcudluqlarını təyin edirlər. Söhbət, polisiklik aromatik karbohidrogenlərdən (PAK) gedir. Bunlar onlarla atomdan təşkil edilmiş halqavari birləşmələrdir. Maraqlısı ondadır ki, daha öncə güman olunurdu ki, ulduzlararası məkanda iki atomdan təşkil edilmiş birləşmədən daha qəliz molekul mövcud ola bilməz. Elmi nəzəriyyəyə əsasən xüsusən yeni ulduzların formalaşdığı kosmik sahələrdə güclü olan ionlaşdırıcı şüalanma qəliz molekulları stabil şəkildə məhv edir.
Radio astronomiyanın inkişaf etməsi ilə PAK molekulları kosmik mühitdə daimi şəkildə aşkar edilir. Lakin bu mövzuda bir nüans var. İnfraqırmızı və radio diapazonlarda böyük PAK molekullarını fərqləndirmək mümkündür. Lakin bioloji həyat növünün formalaşması prosesi üçün daha sadə molekullar lazımdır. Bu səbəbdən də məsələn piren kimi molekulun aşkar edilməsi daha arzuolunandır. Piren öz növbəsində ən kiçik PAK molekullarından biridir. O cəmi 26 atomdan təşkil edilib. Piren yeni ulduzların formalaşdığı kosmik sahələrdəki cavan ulduzların sıx ionlaşdırıcı şüalanmaları səbəbilə sağ qala bilməz.
Piren molekulu:
Onu həmçinin radio diapazonda da aşkar etmək mümkün deyil. Buna görə də alimlər başqa üsula əl atdılar. Məlumdur ki, pirenin sianid ilə birləşməsi halında sianopiren (C17H9N) formalaşır. Sianopiren isə öz növbəsində radio teleskoplar tərəfindən yaxşı şəkildə təyin edilir. Sianidin nə dərəcədə paylanmasını və nisbətini bilərək müşahidə edilən kosmik sahədə pirenin hansı miqdarda olduğunu hesablamaq mümkündür. Beləliklə alimlər Yer kürəsinə ən yaxın olan yeni ulduzların formalaşdıqları kosmik sahəni müşahidə ediblər. Söhbət, Yer kürəsindən 450 işıq ili uzaqlığında yerləşən molekulyar Buğa buludundan gedir.
Məlum olub ki, ulduzlararası soyuq qaz və tozdan təşkil edilmiş bu bulud üçün piren miqdarı bütün gözləntiləri geridə qoyub. Müşahidə edilmiş bu kosmik sahədə çoxlu sayda cavan ulduz var və yeni ulduzların formalaşması prosesi hələ də davam edir. Lakin buna baxmayaraq sözügedən kosmik sahədə pirenin miqdarı olduqca böyükdür. Bu isə o deməkdir ki, həmin kosmik sahədə gələcəkdə mövcud olacaq planetlərin səthlərinə böyük miqdarda piren çökəcək. Çox güman ki, uzaq keçmişdə belə bir bulud halında olmuş və daha sonra Günəş sistemi halına gəlmiş sahədə də eyni proses yaşanıb. Qeyd etmək lazımdır ki, piren həmçinin Ryugu adlı asteroiddən əldə edilmiş nümunələrdə də aşkar edilib. Bu isə onun ulduzlararası soyuq mühitdə mövcudluğunu sübut edir. Aparılmış bu araşdırma ümumilikdə bioloji həyat növünün planetimizə kosmosdan gəldiyi fikrini daha da gücləndirir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Nüvə birləşməsində "gyrotron" ilə tarixi dünya rekordu!
Nüvə birləşməsində "gyrotron" ilə tarixi dünya rekordu!
Yüksək texnologiyalar sahəsində dünya miqyasında lider olan Thales, nüvə sintezi sahəsində böyük bir sıçrayış edib. Wendelstein 7-X stellatorunda gyrotron inqilabı reallaşdırılıb.
Dünyanın ən kiçik bio-batareyası istehsal edilib!
Dünyanın ən kiçik bio-batareyası istehsal edilib!
Oxford Universitetinin tədqiqatçıları, implantlar üçün dünyanın ən kiçik litium bio-batareyasını inkişaf etdiriblər. İnkişaf etdirilən batareya aktivləşdirilə, şarj edilə və bioloji olaraq parçalana bilir.
Pişiklərin sözləri körpələrdən daha tez öyrəndiyi məlum olub!
Pişiklərin sözləri körpələrdən daha tez öyrəndiyi məlum olub!
Pişiklərin əşyalarla bağlı sözləri öyrənmə sürətinin körpələrdən daha yüksək olduğu müəyyən edilib. Bu maraqlı tədqiqatın detallarını təqdim edirik...
Termonüvə enerjisi üçün “7 petavat” gücündə lazerlər işə salınacaq!
Termonüvə enerjisi üçün “7 petavat” gücündə lazerlər işə salınacaq!
Sonsuz termonüvə enerjisi əldə etmək üçün nəhəng bir addım atılır. Qurulacaq 150 milyon dollarlıq yeni müəssisə nüvə birləşməsinə nail olmaq üçün 7 petavatlıq lazerləri işə salacaq.
Almaz tozu ilə qlobal istiləşmənin qarşısını almaq mümkün ola bilər: Bəs necə?
Almaz tozu ilə qlobal istiləşmənin qarşısını almaq mümkün ola bilər: Bəs necə?
Qlobal istiləşmə Dünyadakı hər kəsi təhdid edən amillərdən biridir. Müxtəlif geomühəndislik metodları ilə bunun qarşısının alına biləcəyi düşünülür. Yeni bir tədqiqat isə almaz tozlarının istifadəsini təklif edir.
Həftənin xəbərləri
Süni intellekt 1.5 milyard illik təkamülün sirrini ortaya çıxarıb!
Alimlər insan beyninin nə qədər sürətli bir şəkildə düşünə bildiyini ölçüblər!