
Honor 30 flaqman smartfon seriyasının təqdimat ayı məlum oldu
Elm & Texnologiya
11.02.2020
Teme ləqəbli insayderin verdiyi məlumata əsasən Huawei şirkətinin subbrendi olan Honor hal hazırda öz yeni flaqman smartfon seriyasının təqdimatı üzərində çalışır. Söhbət, Honor 30 və Honor 30 Pro smartfon modellərindən gedir. Yeni məlumat sızıntısına əsasən sözügedən smartfonlar aprel ayında təqdim olunacaqlar. Bu barədə Gagadget saytı xəbər verib.
Bu isə keçən ilki Honor 20 və Honor 20 Pro modellərinin təqdimatlarından daha tezdir. Belə ki, həmin smartfonlar keçən ilin may ayında təqdim olunmuşdular. Təəssüflər olsun ki, smartfonlar barəsində heç bir məlumat verilməyib. Sadəcə olaraq güman etmək olar ki, Honor-un yeni flaqman smartfon seriyası AMOLED ekran, Kirin 990 prosessoru və 5G modemi əldə edəcək.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...