
"HTC" rəsmi olaraq One A9s smartfonunu təqdim edib.
Elm & Texnologiya
07.05.2017
Farid
Gözlənildiyi kimi "HTC” şirkəti One A9s smartfonunu təqdim etdi. Bütün gözləntilərə baxmayaraq təqdim olunmuş yeni cihaz keçən ilki One A9-u əvəzləmək yerinə onun sadələşdirilmiş versiyası oldu.
Yeni smartfon dizayn baxımından iPhone 6s-dən geri qalmır.
Əksinə o bu baxımdan keçən ilki One A9-dan daha da irəli gedib. Hər halda qeyd
etmək lazımdır ki, vaxtı ikən "Apple” smartfonlarının bəzi dizayn özəllikləri
də HTC One-dan götürülmüşdür. "Technote.az” olaraq "Theverge.com”a istinadən sizlərə
HTC One A9s smartfonunun texniki göstəricilərini təqdim edirik.
- 5 inç IPS HD ekran
- SoC Mediatek Helio P10 prosessoru
- 2 GB/3 GB RAM və 16 GB/32 GB daxili yaddaş
- 13 MP arxa və 5 MP ön kamera
- 2300 mAh enerji tutumlu batareya və barmaq izi skanı.
HTC One A9s-in qiyməti və satışa çıxma tarixi hələki
bilinmir.
Paylaş
Bənzər xəbərlər