
'HTC' şirkəti heç bir xarici mənbəyə qoşulmayan Vive Focus adlı yeni virtual reallıq cihazını təqdim etdi (VİDEO)
Elm & Texnologiya
14.11.2017
Emil
Çində keçirilmiş özəl konfrans zamanı “HTC” şirkəti Vive Focus adlı avtonom virtual reallıq cihazını təqdim edib.
Bu barədə The Verge saytı xəbər verib. Sözügedən virtual reallıq cihazı 6 sərbəstlik səviyyəsinə sahibdir. Bu isə o deməkdir ki, bu virtual cihazı taxmış insan üçölçülü məkanda geometrik hərəkətlər edə bilər. Yəni istifadəçi irəli/geri, aşağı/yuxarı, sağa/sola hərəkət edə bilər. Şirkət bildirib ki, Vive Focus bazarda olan yeganə bu cür cihazdır. Belə ki, digər cihazlar isə yalnız 3 sərbəstlik səviyyəsinə sahibdirlər.

HTC Vive Focus heç bir xarici cihaz olmadan baş hərəkətlərini təyin edə bilən iki kamera ilə təchiz olunub. Onun daxilində isə 8 nüvəli Snapdragon 835 mobil prosessoru yerləşir. İstifadəçinin gördüyü təsvir AMOLED ekranda əks olunur. Cihazın batareya həcmi və digər özəllikləri barəsində isə hələki məlumat yoxdur. Vive Focus-un komplektində hətta 3 sərbəstlik səviyyəsinə sahib idarəetmə cihazı da var.
Hal hazırda “HTC” öz diqqətini Çin bazarına yönəldib. Belə ki, Çin bazarının 24%-ni avtonom VR cihazlar tutur və yaxın zamanda onlar mobil virtual reallığı bu bazardan sıxışdırıb çıxara bilərlər. HTC Vive Focus-in qiyməti və satışa çıxış tarixi barəsində heç bir məlumat verilməyib. Çox güman ki, o, qiyməti 200$ olacaq Oculus Go-dan bir qədər baha olacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
