
Huawei Nexus-un ilk fotosu sızdırılıb
Elm & Texnologiya
07.05.2017
Farid
MotoG3.com saytı Huawei tərəfindən hazırlanan yeni Nexus
modelinin ilk fotolarını təqdim edib. Bundan əlavə olaraq cihazın bəzi texniki
göstəriciləri də məlum olub. Fotoda əks olunmuş cihaz H1621+H1622 kod adını
daşıyır. Qeyd edək ki, Nexus 6P modeli H1511+H1512 kod adını daşıyırdı.
Fotolara əsasən məlum olur ki, yeni Nexus barmaq izi skanı funksiyasına sahib
olacaq. O arxa paneldə kameranın aşağı hissəsinə yerləşdiriləcək. Smartfonun
batareyasının enerji tutumu isə 3100 mAh təşkil edəcək. Yeni modelin dizaynı
biraz qəribədir. Belə ki, metal korpusun aşağı və yuxarı hissəsində ona uyğun
olmayan plastik oturacaqlar quraşdırılıb. Kameranın dizaynı isə 2-3 il bundan
qabaq çıxmış digər Nexus modellərinə bənzəyir. Bundan əlavə olaraq bir neçə
müddət bundan öncə HTC tərəfindən hazırlanan Nexus modelinin də fotoları təqdim
olunmuşdur. Bu modelin dizaynı Huaweitərəfindən hazırlanan modelin dizaynından daha maraqlıdır. HTC Nexus-un dizaynını son fotoda görə bilərsiniz.
Paylaş
Bənzər xəbərlər