main-post-cover

    Huawei Nova 3 modeli 4 kameralı və çərtikli ekran ilə satışa çıxacaq

    Elm & Texnologiya
    04.07.2018
    Nijat Hamid
    Huawei, Nova seriyası üçün yeni bir model hazırlayır. Nova 3 olaraq adlanan bu model 4 kameraya və bu ilin trendi olan çərtikli ekrana malik olacaq. Orta seqment bir model olacaq telefon 18 İyulda Çində bir konfrans zamanı təqdim ediləcək. Telefon digər modellərə nisbətən incə çərçivələrə malik olsa da, çərtik biraz qalın və uzun olacaq. Buna səbəb bu modeldə 2 ön kamera olmasıdır. Dizayn baxımından P20 modelinə oxşayan Nova 3 qızılı və göy rənglər ilə satışda olacaq. 
    Texniki Parametrlər:
    • Kirin 659 çipset və 6 Gb Ram
    • 64/128 Gb Yaddaş və 3650 mAh batareya
    • 6.3 inch böyüklüyündə, 19:9 nisbətində ekran 
    • Ön kamera 24 MP + 2 MP dual kamera
    • Aİ(Süni Zəka) dəstəkli 16 MP + 24 MP Arxa kamera
    • Android 8.1 Oreo və EMİU 8.1 interfeys    

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər