main-post-cover

    Huawei şirkəti orta büdcəli P Smart+ 2019 smartfonunu təqdim etdi

    Elm & Texnologiya
    07.03.2019
    Farid Pardashunas
        Huawei şirkəti heç bir xüsusi təqdimat tədbiri keçirtmədən P Smart+ 2019 smartfon modelini təqdim etdi. Əvvəlki modeldən fərqli olaraq yeni smartfonun ekranında adi çıxıntı hissə deyil, damcı formalı kiçik çıxıntı hissə yerləşdirilib. Ekranın özünə gəldikdə isə P Smart+ 2019 modeli Full HD+ keyfiyyətli 6.21 düym IPS ekranla təchiz olunub.

        Əsas texniki göstəricilər baxımından smartfon 8 nüvəli Kirin 710 prosessoru, Mali-G51 qrafik sürətləndirici, 3 GB RAM, 64 GB daxili yaddaş həcmi, 3400 mAh enerji tutumlu batareya və microUSB girişi ilə təchiz olunub. Keçən ilki model ilə müqayisədə bu ilki modeldə ən fərqləndirici özəllik isə smartfonun üçlü arxa kameraya sahib olmasıdır. Belə ki, smartfon 24 MP + 16 MP (genişbucaqlı obyektiv) + 2 MP üçlü arxa kamera ilə təchiz olunub.

        Kameralar həmçinin gecə çəkilişi rejimini və 480fps-də Slow Motion videoların çəkilişini dəstəkləyirlər. Smartfon həmçinin süni zəka funksiyalarına sahib 8 MP-lik ön kameraya da sahibdir. Huawei P Smart+ 2019 smartfonu EMUI 9 interfeysli Android Pie əməliyyat sistemi vasitəsilə çalışır. Smartfon Avropada 280 avro qiymətində satışa çıxacaq. Lakin smartfonun çıxış tarixi barəsində hələki heç bir məlumat verilməyib.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər