Huawei şirkəti telefon zənglərini qəbul etməyə imkan verən smart dəbilqəni təqdim edib - QİYMƏTİ

Huawei şirkəti telefon zənglərini qəbul etməyə imkan verən smart dəbilqəni təqdim edib - QİYMƏTİ

Texnologiya
18.11.2021 PAYLAŞIM

    Huawei şirkəti Helmetphone BH51M Neo Smart Helmet adlı smart dəbilqəni təqdim edib. Onun vasitəsilə istifadəçi telefon zənglərini reallaşdıra bilə və yolda olan zaman digər insanları bu və ya digər tərəfə dönmə məqsədi barəsində məlumatlandıra bilər. Sözügedən smart dəbilqə velosiped, samokat, skeyt, diyircəkli konkilər, moped və s. kimi nəqliyyat vasitələrində səyahət zamanı istifadə üçün uyğundur. Smart dəbilqə Huawei şirkətinin HarmonyOS əməliyyat sistemi vasitəsilə çalışır və smartfona Bluetooth üzərindən qoşulur. Dəbilqəyə inteqrasiya edilmiş səsgücləndiricilər və mikrofon vasitəsilə istifadəçi daxil olan zənglərə cavab verə və musiqi dinləyə bilər.


    Smart dəbilqənin həm arxa həm də ön tərəfində diod işıqları mövcuddur. Həmin diod işıqları istifadəçini digər insanlar tərəfindən görməyə imkan verirlər. Dəbilqə qravitasiya sürətlənməsi sensoru ilə birlikdə çalşır. Məsələn istifadəçi nəqliyyat vasitəsində əyləc prosesini reallaşdıran zaman dəbilqənin diod işıqları yanmağa başlayırlar. İstifadəçi nəqliyyat vasitəsilə hər hansı istiqamətə dönən zaman isə dəbilqə müvafiq siqnalı ətrafdakılar üçün əks etdirir. Dəbilqənin bütün funksiyalarının ayarlanmasını və onun enerji səviyyəsinin izlənməsini xüsusi mobil tətbiqdə reallaşdırmaq olar. Sözügedən smart dəbilqə Çində artıq satışa çıxıb və 125$ qiymətində satılır. Onun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Snapdragon 8 Gen 1 prosessorlu smartfonların ön kameraları daimi şəkildə aktiv o..

Snapdragon 8 Gen 1 prosessoruna sahib olacaq smartfonların ön kameraları daimi şəkildə aktiv olacaql..


Alimlər duz dənəciyi ölçüsündə rəngli HD kamera yarada biliblər

Prinston və Vaşinqton Universitetlərindən olan alimlər duz dənəciyi ölçüsündə kamera yarada biliblər..


Yeni Snapdragon 8 Gen 1 flaqman mobil prosessoru təqdim olunub

Baş vermiş çoxlu sayda məlumat sızıntısından sonra Qualcomm şirkəti sonunda özünün yeni flaqman pros..


Çindən olan kriptovalyuta maynerləri Qazaxıstanda elektrik enerjisi kəsintilərin..

2021-ci ilin əvvəlindən başlayaraq Çin hökuməti Çində kriptovalyuta mayninqi ilə mübarizə aparmağa b..


Alimlər öz kopyalarını istehsal edə bilən və PacMan-a bənzəyən bioloji ksenobotl..

Beynəlxalq alimlər komandası mikroskopik ölçüdə olan canlı orqanizmlər yarada biliblər. Yaradılmış o..


Apple bəzi cihazları üçün nəzərdə tutulmuş naqilsiz şarj stansiyasını təqdim edə..

Bloomberg saytının verdiyi məlumata əsasən Apple şirkəti AirPower adlı naqilsiz şarj stansiyasından ..

×