main-post-cover

    Huawei şirkətinin brendi olan Honor özünün Honor Magic 2 3D smartfonunu təqdim etdi

    Elm & Texnologiya
    07.03.2019
    Farid Pardashunas
        Huawei şirkətinin subbrendi olan Honor özünün Honor Magic 2 3D flaqman smartfonunu təqdim edib. Qeyd etmək lazımdır ki, birinci Honor Magic 2 modeli keçən ilin oktyabr ayında təqdim edilmişdi. Beləliklə onun bir qədər yenilənmiş versiyası indi təqdim olundu. Bu barədə Gagadget saytı xəbər verib. Adi Honor Magic 2 smartfonu 16 MP + 2 MP + 2 MP üçlü ön kamera ilə təchiz olunurdu.

        Təkmilləşdirilmiş modeldə isə 2 MP-lik kamera modullarından biri istifadəçi üzünün skanı üçün nəzərdə tutulmuş 3D kamera modulu ilə əvəz olunub. Bununla yanaşı Honor Magic 2 3D modelinin daxilində xüsusi qrafen cihaz yerləşir və həmin cihaz Kirin 980 prosessoruna yüklənmə zamanı smartfonun əldə etdiyi istiliyi komponentlər arasında paylaşdırır.
        Smartfonun digər göstəriciləri isə birinci modeldəki kimidir. Belə ki, Honor Magic 2 3D modeli 19.5:9 nisbətli Full HD+ keyfiyyətli 6.39 düym AMOLED ekran, Kirin 980 prosessoru, 8 GB RAM, 512 GB daxili yaddaş həcmi, 16 MP + 16 MP + 24 MP üçlü arxa kamera, 16 MP + 2 MP + 3D üçlü ön kamera və sürətli enerji yığma özəllikli 3400 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Honor Magic 2 3D modeli həmçinin YoYo adlı səsli köməkçini də dəstəkləyir. Smartfon Magic UI 2.0 interfeysli Android Pie əməliyyat sistemi vasitəsilə çalışır. Honor Magic 2 3D modeli bugündən etibarən 864$ qiymətində Çində satışa çıxır.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər