main-post-cover

    Huawei şirkətinin satışları 66 dəfə artıb

    Elm & Texnologiya
    21.06.2019
    Farid Pardashunas
        Çində nova 5 adlı yeni smartfon seriyasının təqdimatı zamanı Huawei şirkəti maraqlı məlumatlar paylaşıb.  Belə ki, şirkət təqdimat zamanı bildirib ki, o, bu il smartfon istehsalı məsələsində yeni rekorda imza atıb. Bu il 100 milyon smartfon istehsalı üçün şirkətə cəmi 5 ay vaxt lazım olub. Bu isə keçən ilki rekorddan 49 gün azdır. Bu barədə Gizchina saytına istinadən 4pda saytı xəbər verib.
        Bu cür nəticənin əldə olunması üçün şirkətə hər saniyə bütün dünya üzrə 7 ədəd smartfon satmaq lazım idi. Keçən ilin 25 dekabr tarixində şirkət rəsmi olaraq bildirmişdi ki, o, 2018-ci il üzrə 200 milyon smartfon istehsal edib. Müqayisə üçün qeyd etmək lazımdır ki, 2015-ci ildə şirkət 22 dekabr tarixinə kimi 100 milyon smartfon reallaşdıra bilmişdi. 2016-cı ildə bu göstərici 14 oktyabr tarixində, 2017-ci ildə 12 sentyabr tarixində, 2018-ci ildə isə 18 iyul tarixində əldə olunmuşdu.
        Bu il şirkət 100 milyon smartfon göstəricisinin əldə olunduğunu hələ 30 may tarixində elan etmişdi. Onu da qeyd etmək lazımdır ki, 2010-cu ildə şirkət cəmi 3 milyon smartfon sata bilmişdi. 8 il ərzində şirkət öz satışlarını təqribi olaraq 66 dəfə yüksəltdi. Lakin bütün bu müsbət göstəricilərə baxmayaraq ABŞ ilə Çin arasındakı ticarət müharibəsi səbəbilə şirkət beynəlxalq satışların 40-60% düşəcəyini gözləyir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər