
İnanılmayacaq qədər güclü bir telefon gəlir: 60MP kamera, 12GB RAM, 27000 mAh batareya!
Elm & Texnologiya
07.05.2017
Farid
İstifadə etdiyi fərqli materiallar və parçalarla bazarın ən yaxşı smartfonlarını hazırladığını iddia edən Turing Phone Cadenza hal-hazırda bir çox texnologiya həvəskarı üçün mümkünsüz görünən bir şey üzərində çalışır.
Bu şirkətin yeni cihazı sadə bir smartfon olmaqdan əlavə
süni zəkası çox inkişaf etmiş bir smartfon olacaq.
Turing Phone Cadenza modelində 2560x1440 piksel keyfiyyətli
5.8 inç ekran yerləşir. Telefona lazım olan hesablama gücünü isə Snapdragon 830
prosessoru verir. Hələ ki, təsdiqlənmiş olmasa da Snapdragon 830-un Qualcomm-un
10nm istehsal texnologiyası ilə hazırladığı yeni məhsulu olduğunu artıq hamı
bilir.
4+4 konfiqurasiyalı 8 ədəd Kryo nüvəsinə sahib olan
Snapdragon 830 yeni və inkişaf etmiş bir Adreno GPU ilə gələcək. Bütövlükdə 16
nüvə ilə Cadenza dərin hesablama bacarığına sahib olacaq. İki ədəd Snapdragon
prosessorunun köməyi ilə iki ədəd çox sürətli 6 GB LPDDR4X RAM-dan istifadə edən
telefonun RAM miqdarını 12 GB-a qaldırmaq da mümkün olub. Telefonun daxili
yaddaşı isə 512 GB-dır. Əgər bu bəs olmasa microSD xüsusiyyəti sayəsində bir
512 GB daha əlavə etmək mümkündür.
Kamera və Dizayn
Telefonun arxasında 60 MP ölçülü kamera yerləşir. Kamera bu
ölçüyə çatmaq üçün hansısa tətbiqdən kömək almır. 6K ölçülü bu kamera 4 ədəd
IMAX sensor ilə bütövlükdə 60 MP səviyyəsinə çatır. Eyni zamanda telefonun
kamerasında üçlü lens sistemindən istifadə olunub. Cadenzanın öz kamerası isə
sensoru 20 MP-dir. Oksit adlı maddədən istifadə edilərək hazırlanan korpus
bazardakı ən möhkəm telefonu hazırlamaq üçün yaradılıb. Su və toza davamlı olan
bu telefonun korpusunda istifadə olunan materiallardan əvvəl heç bir smartfonda
istifadə olunmayıb.
Telefonun batareyasına gəldikdə isə batareya üç fərqli hissədən ibarətdir.
1600 mAh plçülü bir ədəd Li-lon batareyanın yanında 2400 mAh ölçülü grafen
batareyavə əlavə olaraq hidrogen yanacaq hüceyrəsi bütövlükdə 100Wh dəyərində
bir göstərici ortaya çıxarır ki, bu da təxminən 27000 mAh ölçülü bir batareya
deməkdir.
Bu smartfon hər tərəfli mükəmməl görünsə də eyni zamanda bir
qədər şübhəli görünür. Amma Turing Phone Cadenzanın rəhbərləri telefonun gələn
il bazarda olacağını söyləyirlər.
Paylaş
Bənzər xəbərlər