İnqilabi bir kəşflə "yuxular arası əlaqə" dövrü başlayır!
Elm & Texnologiya
10.10.2024
Farid Pardashunas
Neyrotexnologiya sahəsində fəaliyyət göstərən REMspace startapı, elmi fantastikaya bənzəyən bir inkişafla lusid yuxu zamanı insanlar arasında ilk dəfə ikitərəfli ünsiyyətə nail olduğunu açıqlayıb.
İnsanın yuxu gördüyü zaman, yuxu gördüyünü dərk etdiyi bu tip yuxulara lusid yuxu, yaxud da daha aydın izah üçün şüurlu yuxu demək olar. Siz də mütləq belə bir yuxu təcrübəsi yaşamısınız. Bəs bu zaman tanıdığınız biri ilə eyni yuxunu paylaşmaq necə? Görünür, yuxu üzərində işləyən və şüurlu yuxu ilə bağlı tədqiqatlar aparan REMspace, xüsusi hazırlanmış avadanlıqlarla bunu bacarıb. Hələlik elm ictimaiyyəti tərəfindən təsdiqlənməmiş bu iddia doğru çıxarsa, yuxu tədqiqatlarında yeni bir mərhələ başlaya bilər. Şirkət, xüsusi avadanlıqlar istifadə edərək 2 şəxsin uğurla lusid yuxu gördüyünü və bu müddət ərzində bir-birilərinə mesaj göndərdiklərini iddia edir.
REMspace-in təsisçisi Michael Raduga, 2023-cü ilin may ayında öz kəllə sümüyünə mikroçip yerləşdirərək yuxularını idarə etmək məqsədilə bir təcrübə aparmış və bu hadisə dünya miqyasında böyük maraq doğurmuşdu. Raduga, bu çipin REM yuxusu zamanı beynin motor korteksini stimullaşdırmaq üçün hazırlandığını iddia edir. Bu təhlükəli təcrübə zamanı ölümcül qan itirmə riski ilə üzləşməsinə baxmayaraq, Raduga hələ də təcrübənin potensialına inanır. Şirkət, təcrübələri bir-birindən uzaqda olan 2 iştirakçı üzərində həyata keçirdiyini bildirir. Məlumatlara görə, server ilk iştirakçıya yuxu gördüyü zaman təsadüfi bir söz göndərib və iştirakçı da bu sözü yuxusunda təkrarlayıb. Təkrarlanan söz və cavab server tərəfindən qeydə alınıb. 8 dəqiqə sonra ikinci iştirakçı lusid yuxusunda bu mesajı qəbul edib və təsdiqləyib. Şirkət bununla yuxularda ilk dəfə “söhbət” aparıldığını söyləyir.
REMspace, xüsusilə REM yuxusu zamanı baş verən şüurlu yuxuların müxtəlif tətbiq sahələrinə sahib olduğunu bildirir. Şirkət, şüurlu yuxunun psixi sağlamlıq problemlərinin həllindən tutmuş yeni bacarıqların öyrənilməsinə qədər geniş istifadəyə malik ola biləcəyini iddia edir. Raduga, şüurlu yuxuların köməyi ilə kabusların azalacağını, fobiyalarla üzləşmənin mümkün olacağını və şəxsi problemlərin həll ediləcəyini bildirir. REMspace əlavə olaraq, yuxular zamanı aşkar edilə bilən bir yuxu dili inkişaf etdirdiyini açıqlayıb. “Remmyo” adlanan bu dilin, elektromioqrafiya sensorları vasitəsilə yuxu zamanı yaranan səslərin tutularaq ünsiyyət üçün istifadə edilə biləcəyi irəli sürülür. Ancaq bu texnologiyanın da elmi cəhətdən təsdiqlənməsi hələ baş verməyib.
REMspace-in tədqiqatları elmi olaraq təsdiqləndiyi halda, yuxu tədqiqatlarında yeni bir dövr başlaya bilər. Şirkət, daha mürəkkəb ünsiyyət formalarına imkan verəcək texnologiyalar üzərində işlədiyini və gələcəkdə yuxu zamanı tam söhbətlərin aparılmasının mümkün olacağını iddia edir. Raduga, bir neçə il ərzində yuxu ünsiyyətinin geniş yayılacağını proqnozlaşdırır. Ancaq bu iddiaların təsdiqlənməsi üçün elmi dünyadan rəsmi araşdırmalar gözlənilir.
Linki kopyala
elmi xeber
elmi araşdırma
Scientific news
remspace
rem dream
lucid dream
lusid yuxu
science
science news
elmi xeberler
dream
yuxu
Bənzər xəbərlər
Oxşar xəbərlər
Marsda həyat izlərinə dair yeni məlumatlar kəşf edilib!
Marsda həyat izlərinə dair yeni məlumatlar kəşf edilib!
Mars hazırda həyat üçün əlverişsiz bir yer olsa da, yeni araşdırmalar Qırmızı Planetin bu gün gördüyümüz səhralıq və cansız bir məkana necə çevrildiyini aydınlaşdırır.
Alimlər 2 milyard illik qayada canlı mikroblar kəşf ediblər!
Alimlər 2 milyard illik qayada canlı mikroblar kəşf ediblər!
Alimlər, Cənubi Afrikada canlı mikroorqanizmlərin yaşadığı 2 milyard illik qaya aşkar ediblər. Bu kəşf, Yerdəki erkən həyat haqqında bildiklərimizi dəyişdirmək potensialına malikdir.
Yeni bir araşdırmaya görə, kainatda qaranlıq maddə mövcud olmaya bilər!
Yeni bir araşdırmaya görə, kainatda qaranlıq maddə mövcud olmaya bilər!
Yeni araşdırmaya görə, kainatda qaranlıq maddə olmadığı üçün qaranlıq maddəni tapmaq səyləri heç vaxt müsbət nəticə verməyəcək.
Alimlər elektrik enerjisi istehsal edə bilən süni bitki hazırlayıblar!
Alimlər elektrik enerjisi istehsal edə bilən süni bitki hazırlayıblar!
Tədqiqatçılar tərəfindən hazırlanmış bu süni bitki, daxili məkanlarda fotosintez üçün işıqdan istifadə edir, CO2 səviyyəsini 90% azaldır, oksigen və bioelektrik istehsal edir.
“3 Bədən Problemi” reallığa çevrilir: Kosmosda 3 ulduzlu sistem kəşf edilib!
“3 Bədən Problemi” reallığa çevrilir: Kosmosda 3 ulduzlu sistem kəşf edilib!
Netflix-in "3 Bədən Problemi" serialındakı sistem kimi 3 ulduzdan ibarət bir sistem kəşf edilib. NASA-nın məlumatına görə, ulduzların təxminən milyonlarla il sonra birləşərək partlayacağı gözlənilir.
Həftənin xəbərləri
Apple öz əməkdaşlarını izlədiyi iddiası ilə məhkəməyə verilib
2025-ci ildə WhatsApp dəstəyi dayandırılacaq telefonlar bəlli olub!