Logo
    main-post-cover

    Instagram\'da şok yenilik: Çıxış düyməsi artıq yoxdur

    Instagram'a dünən gələn 7.19 versiya yeniliyi alan istifadəçilər tərəfindən kəskin narazılıqla qarşılandı.


    Instagram'a gələn yenilik ilə birdən birə çıxış (log out) düyməsi yoxa çıxdı. Artıq istifaçilər Instagram hesablarından çıxa bilmirlər.
     
    TEXNİKİ XƏTA OLA BİLƏR
    Yenilənmədən sonra Tənzimləmələr menyusunda mövcud olan Çıxış düyməsinin yoxa çıxmasının səbəbinin hər hansı bir texniki xəta olub olmadığı bilinmir, amma Twitter'da bir çox istifadəçi Instagram'a öz şikayətlərini çatdırdılar.
    Instagram'dan bu barədə rəsmi açıqlama gəlməyib, amma hesabınızdan çıxmaq üçün proqramı silməkdən başqa çarəniz yoxdur.

    Paylaş
    Bənzər xəbərlər