Intel, Qualcomm və digər şirkətlər öz əməkdaşlarına Huawei işçiləri ilə əlaqə yaratmağı qadağan ediblər

Intel, Qualcomm və digər şirkətlər öz əməkdaşlarına Huawei işçiləri ilə əlaqə yaratmağı qadağan ediblər

Texnologiya
10.06.2019 PAYLAŞIM

    ABŞ-ın prosessor istehsalçıları olan Intel Qualcomm şirkətləri, tədqiqat şirkəti olan InterDigital və Cənui Koreyanın mobil operatoru LG Uplus öz əməkdaşlarına Huawei şirkəti ilə formal olmayan əlaqələrin yaradılmasını qadağan edib. Bu barədə Reuters saytına istinadən Vc.ru saytı xəbər verib. ABŞ hökuməti bu cür qadağaları təyin etməsə də bir sıra şirkətlər yenə də ABŞ hökuməti ilə problemlərin yaşanmasından qorxduqları üçün bu cür tədbirlər görürlər. Şirkətlərdə fəaliyyət göstərən əməkdaşlar arasında olan əlaqələr adi praktikadır.

    Beynəlxalaq görüşlərdə mühəndislər bir-biriləri ilə görüşərək 5G texnologiyası da daxil olmaqla kommunikasiya texnologiyaları üçün olan texniki standartları müzakirə edirlər. Qeyd etmək lazımdır ki, may ayının ortasında ABŞ hökuməti Huawei şirkətini qara siyahıya əlavə edərək onun ABŞ bazarındakı fəaliyyətinə qadağa qoymuşdu. Həmin qərara əsasən şirkət hökumətin xüsusi icazəsi olmadan ABŞ şirkətlərindən proqram və aparat təminatını ala bilməz. Lakin sonradan ABŞ hökuməti şirkətə 90 günlük lisenziya təqdim etdi.

Bənzər xəbər


    Həmin lisenziya çərçivəsində şirkət 19 avqust tarixinə kimi ABŞ bazarında fəaliyyətini davam etdirə bilər. Reuters saytı bildirib ki, ABŞ hökumətinin bu qadağası müxtəlif şirkət əməkdaşlarının Huawei ilə əlaqələrinə şamil olunmurdu. Məlumata əsasən bir çox şirkətlər öz əməkdaşlarına Huawei şirkətinin əməkdaşları ilə əlaqələrin yaradılmasına ona görə qadağa qoyur ki, onlar ABŞ hökuməti ilə yarana biləcək problemlərdən qorxurlar. Intel və Qualcomm şirkətləri bu istiqamətdə öz əməkdaşlarına lazımi tapşırıqların verilməsini təsdiqləyiblər.

    Tədqiqat şirkəti olan InterDigital da təsdiqləyib ki, o öz mühəndislərinə bu istiqamətdə lazımi tapşırıqları verib. LG Uplus mobil operatoru isə bildirib ki, o, Huawei ilə əlaqələrin yaradılmasından könüllü şəkildə imtina edib. Mobil operator sadəcə olaraq təchizatların quraşdırılması və xidməti məsələlərində ola biləcək suallar üzrə Huawei ilə əlaqənin saxlanmasını planlaşdırır. Huawei şirkəti bu məsələ ilə bağlı fikir bildirməkdən imtina edib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Starship kosmik gəmisi Texasdan Havay adalarına kimi ilk orbital uçuşunu reallaş..

SpaceX şirkətinin göndərdiyi sorğuya əsasən Starship kosmik gəmisinin prototipi Texas ştatındakı sta..


MediaTek şirkəti büdcəli smartfonlar üçün Dimensity 900 adlı performanslı proses..

MediaTek şirkətinin Dimensity 900 adlı yeni 6 nanometrlik prosessoru yüksək tezlikli təsvir yenilənm..


Apple şirkəti öz portativ oyun konsolunu satışa çıxarda bilər

Son zamanlarda gaming sahəsi daha da böyüyüb və sürətlə inkişaf etməyə davam edir. Bu cür sürətli bö..


Pirat kontent yüklənməsinə görə Starlink istifadəçiləri internetdən məhrum ola b..

Starlink peyk internetinin yayılmasının qarşısında heç gözlənilməz maneə dayana bilər.


IBM şirkəti dünyanın ilk 2 nanometrlik prosessorunu yaradıb (VİDEO)

IBM şirkəti öz rəqiblərini geridə qoyaraq dünyanın ilk 2 nanometrlik prosessorunu yaratdı.

×