iOS 12'dən istifadəçiləri sevindirəcək bir yenilik: Şifrələr avtomatik yazılacaq
Elm & Texnologiya
05.07.2018
Nijat Hamid
iOS 12 bir çox yeni funksiya ilə Apple sevərlərin sevgisini yenidən qazanacaq. Beləki, yeni məlumatlara əsasən iOS 12-də 2 dəfəli təsdiqləmə mesajlarında dəyişiklik olacaq. iCloud sındırılması, xaker hücumları və. kimi problemlər üçün ən ideal təhlükəsizlik yollarından biri 2 dəfəli təsdiqləmə metodudur. Bu zaman telefona 6 rəqəmli şifrə göndərilir və siz bu şifrəni ekranda açılan pəncərəyə yazmadan iCloud şifrəniz də təsdiqlənmirdi.
Bu yeniliyə əsasən artıq sizin 6 rəqəmli şifrəni əzbərləyib yazmağınıza ehtiyac olmuyacaq. Telefona mesaj gələn kimi ekrandakı pəncərəyə şifrə yazılacaq və siz sadəcə təsdiq edəcəksiniz. Qeyd edək ki, bu funksionallıq uzun müddətdir android sistemlər də mövcuddur. Digər tərəfdən bəlkə də Apple şifrələrin sistemin yaddaşında saxlanılması üçün də bir yenilik gətirə bilər.
The single best new feature in iOS 12. from r/iphone
Linki kopyala
Həftənin xəbərləri
Apple Vision Pro ilə əməliyyat həyata keçirildi?!
Ən ağıllı çat-bot IQ testində insanı geridə qoyub