Logo
    main-post-cover

    iPhone 7 çıxmadan iPhone 7S haqqında məlumatlar gəlməyə başladı

    Elm & Texnologiya
    07.05.2017
    Farid

    Apple’ın Sentyabr ayında tanıdacağı iPhone 7 modeli ilə yanaşı 2017-ci ildə təqdim olunması gözlənilən iPhone 7S’ə aid məlumatlar da gəlməyə başlayıb.

    Apple analisti Ming-Chi Kuo’ya görə Apple, bu ilki iPhone modelində çox böyük dizayn dəyişikliyi etməyəcək. Amma iPhone 7S ilə yeni bir dizayn təqdim edəcək. Analistə görə bu ilki modeldə sadəcə performans üzərində daha çox işləyəcək və dizayn iPhone 6S’ə bənzər olacaq.

    Bugün yayımlanan bir hesabata görə iPhone 7S böyük dizayn dəyişikliyinə məruz qalacaq və iPhone 7 ilə gözlənilən bütün yeniliklər 2017-ci ildə reallaşacaq. 2017 model iPhone’un Touch ID barmaq izi xüsusiyyəti ekranın içində olacaq və ön hissə bütünlüklə ekran xüsusiyyətinə sahib olacaq. Sızdırılan iPhone 7 görüntüləri telefonun ölçülər daxil dizaynın iPhone 6S ilə eyni olduğunu göstərir. Buna görə də yeni xüsusiyyətlərin 2017-ci ildə təqdim olunacağı iddia olunur.

    Bundan başqa iPhone 7S’in 5.8 düym böyüklüyündə AMOLED ekranla gələcəyi də söylənilir. Bütün bunlardan bir nəticə çıxarıb bunu demək olar ki, bu il də iPhone 7 ilə istifadəçilər istədiyini almaya bilər.
    Paylaş
    Bənzər xəbərlər