main-post-cover

    iPhone-lara yüklənilə bilən Android hazırlandı: Project SandCastle

    Elm & Texnologiya
    05.03.2020
    Nijat Hamid
            Bilindiyi kimi Apple smartfonlarında iOS əməliyyat sistemini istifadə edir. Lakin bir çox istifadəçinin xəyallarından biri də iPhone smartfonlarına Android əməliyyat sistemini yükləməkdir. Əslində 10 il əvvəl David Wang, ilk iPhone-lar üçün Android yükləməyə imkan verən bir üsul hazırlamışdı. Lakin bu sonralar mümkün olmadı. İndi isə təkrar iPhone smartfonlarına Android yükləmək mümkün olur.

    Wang və komandası kibertəhlükəsizliklə bağlı olan startupları Corellium vasitəsilə iPhone-lara təkrar Android yükləyə bildilər.

            Project SandCastle adı verilən bu Android sistemi iPhone 77+ smartfonlarına yüklənilə bilir. Lakin yükləmək biraz çətindir. Həmçinin tam stabil şəkildə də işləmir. Qeyd edək ki, bu proses Jailbreak hesabına olur. Hal-hazırda sonuncu iPhone modelləri üçün stabil Jailbreak olmadığı üçün sadəcə iPhone 7-lərdə bunu etmək mümkündür. Checkra1n adlı tərtibatçının hazırladığı jailbreak tətbiqinə əsasən bütün bunları etmək mümkün olur. SandCastle proyekti haqqında daha çox məlumat əldə etmək üçün rəsmi saytlarına keçid edə bilərsiniz. 
            Qeyd edək ki, Android 10 əməliyyat sistemi bu prosedurların sonunda iPhone smartfonunuza yüklənir. Forbes tərəfindən də test edilərək nəticə əldə olunmuşdur.
    Bu siyahıda isə Android sistemini yüklədiyinizdə nələrin işləyib, nələrin işləmədəyini görəcəksiniz.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər