Logo
    IPO öncəsi Uber'in bazar qiyməti 120 milyard dollar dəyərində qiymətləndirilib

    IPO öncəsi Uber'in bazar qiyməti 120 milyard dollar dəyərində qiymətləndirilib

        The Wall Street Journall-ın öz mənbələrinə istinadən verdiyi məlumata əsasən Uber şirkəti IPO öncəsi Goldman SachsMorgan Stanley kimi banklar tərəfindən qiymətləndirilib. Beləliklə potensial investorların qiymətləndirməsinə əsasən Uber-in bazar qiyməti 120 milyard dollara çata bilər. Qeyd etmək lazımdır ki, Uber şirkətinin IPO-su gələn ilin əvvəlində baş tuta bilər. Bu barədə şirkətin hal hazırki CEO-su Dara Khosrowshahi hələ keçən ilin yay fəslindən bəri bildirirdi.
      İnvestorlar tərəfindən bu cür qiymətləndirmə bu ilin Avqust ayındakı qiymətləndirmədən çoxdur. Belə ki, Avqust ayında Toyota şirkətinin Uber-ə investisiyasından sonra taksi servisinin bazar qiyməti 76 milyard dollar dəyərində qiymətləndirilirdi. Əgər Uber-in bazar qiyməti 120 milyard dollara çatsa, o, General Motors, FordFiat Chrysler Automobiles şirkətlərinin birlikdə qiymətindən daha baha olacaq. Uber-in planına əsasən şirkət bu ilin nəticəsinə uyğun olaraq 10-11 milyard dollar gəlir əldə etməyi düşünür.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    IPO öncəsi Uber'in bazar qiyməti 120 milyard dollar dəyərində qiymətləndirilib