
İspaniyada ikinci Çernobıl hadisəsinin qarşısı alınıb
Elm & Texnologiya
01.05.2025
Emil
Atom elektrik stansiyalarının reaktorları soyutma sisteminin fasiləsiz işləməsini tələb edir, əks halda həddindən artıq qızma və divarlarının əriməsi baş verə bilər - məhz bu, 1986-cı ildə Çernobıl AES-də baş vermişdi. 28 aprel tarixində İspaniya, Portuqaliya və Fransanın cənubunda genişmiqyaslı elektrik enerjisi kəsintisi baş verdi. Nəticədə İspaniya atom elektrik stansiyaları xarici elektrik təchizatından məhrum qaldı. Təhlükəsizlik məqsədilə stansiyalar planlı şəkildə dayandırıldı. Dizel generatorları, o cümlədən reaktorların soyutma sistemlərini də əhatə edən həyati vacib sistemlərin işləməsini təmin edir.

İspaniyanın Milli Tənzimləyici Orqanı (CSN) bildirib ki, personal bütün təhlükəsizlik normalarına uyğun davranıb və beynəlxalq nəzarət orqanları məlumatlandırılıb. İspaniyada atom elektrik stansiyalarının təhlükəsizliyinə xüsusi həssaslıqla yanaşılır. 2007-ci ildə Asco I stansiyasında radioaktiv maddə sızması baş vermişdi və bu, əhalinin etirazlarına səbəb olmuşdu. Planlaşdırılır ki, 2028-2035-ci illər arasında İspaniyadakı bütün atom elektrik stansiyalarının fəaliyyəti dayandırılsın.

Onların yerini günəş və külək elektrik stansiyaları tutacaq. Son xəbərlərə görə, ölkə ərazisində enerji təchizatı artıq bərpa olunub. Hadisənin dəqiq səbəbi hələ açıqlanmayıb, lakin ilkin ehtimallara əsasən, bu, atmosfer havasının temperaturundakı dəyişkənlik - yəni “induksiya olunmuş atmosfer vibrasiyaları” ilə əlaqələndirilir. Nəticədə cəmi 5 saniyə ərzində 15 giqavat güc itkisi yaşanıb. Qatarlar və metro dayandırılıb, işıqforlar və bankomatlar işləməyib. Daxili İşlər Nazirliyi ölkədə fövqəladə vəziyyət elan edib və vətəndaşlardan mobil zənglər və səfərlərdən çəkinmələrini xahiş edib.
Mənbə: Nucnet
Paylaş
Ən çox oxunanlar

OpenAI BƏƏ-də məlumat emalı mərkəzinin inşasını nəzərdən keçirir
