main-post-cover

    İstənilən məişət əşyası vasitəsilə kriptovalyuta mining-i ilə məşğul olmaq olacaq

    Elm & Texnologiya
    26.08.2017
    Farid Pardashunas

    Çinin ən böyük məişət əşyaları istehsalçısı olan “Midea” şirkəti çox maraqlı patent sorğusu göndərib.

    Həmin patentə əsasən xüsusi sistemə sahib olacaq məişət əşyaları öz enerjilərinin yarısını, kriptovalyuta mining-i üçün sərf edəcəklər. Sözügedən şirkət, mining üçün nəzərdə tutulmuş çiplərə sahib bir çox məişət əşyalarını istehsal etməyi planlaşdırır. Şirkət bu patent sorğusunu, keçən ilin Noyabr ayında göndərmişdi. Həmin vaxtda kriptovalyutalar bugünki kimi məşhur deyildilər. Sözügedən layihəni reallaşdırmaq üçün şirkət mütəxəssisləri müxtəlif məişət əşyalarına xüsusi çiplərin quraşdırılmasını təklif edirlər. Yəni, televizorlar, soyuducular, kondisionerlər və s. kimi məişət əşyaları, videokartlarla təchiz olunacaqlar.
    Həmin məişət əşyaları isə öz növbəsində bulud servisə qoşulacaq və öz enerjilərinin yarısını, kriptovalyuta mining-i üçün sərf edəcəklər. Sözügedən çipi, istənilən böyük məişət əşyasına quraşdırmaq mümkündür. Mining prosesi zamanı əşyalar adi rejimdə çalışmağa davam edəcəklər. Bundan əlavə olaraq mining üçün hansısa məişət əşyasını işə salmaq şərt olmayacaq. Onu sadəcə olaraq elektrik cərəyanına qoşmaq kifayət edəcək. “Midea”nın fikrincə televizor və ya kondisionerdən kriptovalyuta mining-i üçün istifadə etmək, istifadəçiyə əlavə vəsaitin qazanılmasına və məişət əşyasını alan zaman xərclədiyi vəsaiti, şirkətə geri qaytarmasına yardımçı olacaq. Videokartla təchiz olunacaq məişət əşyalarının hansı qiymətə satılacağı barəsində şirkət hələki heç bir məlumat verməyib. Qeyd etmək lazımdır ki, günümüzdə videokartlar da ucuz qiymətə satılan bir məhsul deyillər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər