Logo
    main-post-cover

    Kainatın qara dəlik daxilində yerləşdiyi fərziyyəsi irəli sürülüb

    Elm & Texnologiya
    17.03.2025
    Emil
         3 il ərzində James Webb kosmik teleskopu uzaq kosmos haqqında çoxsaylı vacib məlumatlar toplayıb və astrofizika sahəsində bir sıra kəşflərə səbəb olub. Yeni tədqiqat isə kainatın dərinlikləri ilə bağlı həm sadə, həm də sirli bir müşahidəni ortaya qoyur. Məlum olub ki, qalaktikaların fırlanması təsadüfi deyil. James Webb tərəfindən çəkilmiş 263 qalaktikanın təxminən üçdə ikisi eyni istiqamətdə fırlanır. Bu kəşfin nəticələri çox ciddi ola bilər və hətta qara dəlik kosmoloji modelini sübut etməyə qədər gedib çıxa bilər. Müşahidələr NASA-nın JADES proqramı çərçivəsində aparılıb.
         James Webb teleskopu tərəfindən çəkilmiş ən aydın görüntülər arasında fırlanma istiqaməti dəqiq müəyyən edilə bilən 263 qalaktika seçilib. Kanzas Ştat Universitetinin alimləri qalaktikaların formasının kəmiyyət analizi metodunu tətbiq edərək müəyyən ediblər ki, bu qalaktikaların təxminən üçdə ikisi saat əqrəbi istiqamətində fırlanır. Halbuki "normal" kainatda saat əqrəbi istiqamətində və əksinə fırlanan qalaktikaların nisbətinin təxminən 50/50 olması gözlənilir. "Bu hadisənin dəqiq səbəbi hələ məlum deyil, lakin iki əsas mümkün izah var" - deyə elmi qrupun rəhbəri Lior Shamir bildirib.
         "Birinci izaha görə, kainat yarananda fırlanırdı. Bu izah "qara dəlik kosmologiyası" kimi nəzəriyyələrlə üst-üstə düşür. Həmin nəzəriyyə iddia edir ki, bütün kainat əslində bir qara dəliyin daxili hissəsidir. Lakin əgər kainat həqiqətən də fırlanaraq yaranıbsa, bu o deməkdir ki, mövcud kosmoloji nəzəriyyələr tam deyil və onların yenidən nəzərdən keçirilməsinə ehtiyac var". Qara dəlik kosmologiyası, eyni zamanda Şvarsşild kosmologiyası kimi də tanınır. Bu nəzəriyyəyə görə, Şvarsşild radiusu - daha çox hadisələr üfüqü adı ilə tanınan sərhəd - keçildikdən sonra heç bir şeyin geri qayıda bilmədiyi qara dəliklə eyni funksiyanı daşıyır. Bu radius, eyni zamanda, görünən kainatın üfüqü ola bilər.
         Bu fərziyyənin başqa bir nəticəsi də var. Kainatdakı hər bir qara dəlik başqa, bizim üçün görünməyən yeni bir kainata keçid ola bilər. Bu kainatları müşahidə edə bilmirik, çünki onlar hadisələr üfüqünün arxasında yerləşirlər. Digər bir izah isə budur ki, James Webb teleskopu həddindən artıq çox sayda eyni istiqamətdə fırlanan qalaktikalar müşahidə edib, çünki Süd Yolu qalaktikasının öz fırlanması bu müşahidələrə təsir edə bilər. Bəlkə də astronomlar Süd Yolunun fırlanma sürətinin təsirini yenidən nəzərdən keçirməlidirlər. İndiyə qədər bu sürət çox yavaş və digər qalaktikalarla müqayisədə əhəmiyyətsiz hesab olunurdu. "Əgər bu doğrudursa, onda uzaq kainatın məsafə ölçmələrini yenidən nəzərdən keçirmək lazım olacaq" - deyə Shamir bildirib. 
    Mənbə: Phys.org
    Paylaş
    Bənzər xəbərlər
    dunyada-ilk-defe-bir-pasient-titan-urek-vasitesile-100-gun-yasaya-bilib
    Elm & Texnologiya

    Dünyada ilk dəfə bir pasient titan ürək vasitəsilə 100 gün yaşaya bilib

    Ürək çatışmazlığı olan bir kişiyə donor orqan gözlədiyi müddətdə həyatda qalması üçün müvəqqəti tədbir kimi titan ürək nəql edilib. Təcrübə bu prosedurun uğurlu və təhlükəsiz olduğunu göstərib.
    yadplanetli-heyat-novunun-hansi-planetlerde-axtarilmali-oldugu-aciqlanib
    Elm & Texnologiya

    Yadplanetli həyat növünün hansı planetlərdə axtarılmalı olduğu açıqlanıb

    Alimlər illərdir ki, yadplanetli həyat növünün axtarışındadırlar. Ənənəvi yanaşmaya görə, həyat Yerə bənzər planetlərdə axtarılır, çünki bizim planetimizdəki şəraitin başqa dünyalarda da canlı orqanizmlərin inkişafına kömək edə biləcəyi düşünülür.
    yerde-en-cox-rast-gelinen-minerallardan-biri-marsda-askar-edilib
    Elm & Texnologiya

    Yerdə ən çox rast gəlinən minerallardan biri Marsda aşkar edilib

    Alimlər NASA-nın Perseverance aparatı tərəfindən toplanmış məlumatları təhlil edərək Marsda ilk dəfə olaraq saf kvars kristallarının aşkar edildiyini müəyyən ediblər.
    elme-melum-en-kicik-qalaktika-kesf-edilib
    Elm & Texnologiya

    Elmə məlum ən kiçik qalaktika kəşf edilib

    Biz 100 000 işıq ili ölçüsündə olan Süs Yolu qalaktikasında yaşayırıq. Bizə ən yaxın böyük qalaktika isə Andromeda qalaktikasıdır, onun ölçüsü təxminən 220 000 işıq ili olaraq qiymətləndirilir. Astronomlar Hubble kosmik teleskopu vasitəsilə Andromeda qalaktikasının peykləri olan bir qrup kiçik qalaktika aşkar ediblər.
    yer-kuresine-yaxin-ulduz-etrafinda-4-yeni-planet-kesf-edilib
    Elm & Texnologiya

    Yer kürəsinə yaxın ulduz ətrafında 4 yeni planet kəşf edilib

    Yerə ən yaxın ulduz sistemi Alfa Sentavrdır. Lakin bu, üçlü ulduz sistemidir. Barnard ulduzu isə bizə ən yaxın tək ulduzdur. Uzun illər ərzində astronomlar bu kiçik ulduzun ətrafında planetlərin fırlandığından şübhələnirdilər, lakin bunun heç bir sübutu yox idi.