Logo
    main-post-cover

    Kənar ulduzlar istənilən an Günəş sistemini məhv edə bilərlər

    Elm & Texnologiya
    03.06.2025
    Emil
         Bir çox araşdırmalar göstərir ki, Günəş sistemindəki planetlərin orbitləri təxminən 4.5-5 milyard il ərzində sabit qalacaq, ta ki Günəş qırmızı nəhəngə çevrilməyə başlayana qədər. Həmin vaxt ulduzumuzun ölçüləri böyüyəcək və bu, Günəşə ən yaxın planetlər - Venera Merkuri - üçün udulma ilə nəticələnə bilər. Eyni aqibət Yer üçün də mümkün ola bilər. Lakin bu araşdırmalar Günəş sisteminə yaxın məsafədən keçən digər ulduzları nəzərə almırdı. Halbuki Günəş sistemi Süd Yolu qalaktikasında nisbətən təcrid olunmuş bir bölgədə yerləşir. Yeni bir araşdırmaya əsasən, yaxın 5 milyard il ərzində Günəş sisteminə yaxın keçən ulduzlar potensial olaraq onu dağıda bilər. Bununla belə, hansısa ulduzun Günəşə təhlükəli dərəcədə yaxınlaşacağı konkret vaxtı dəqiq proqnozlaşdırmaq çətindir.
         Modeləşdirmələr göstərir ki, Günəş sisteminə yaxın keçən belə ulduzların cazibə təsiri o qədər güclü ola bilər ki, bəzi xarici planetlər sistemdən tamamilə çıxarıla bilər. Bu baxımdan, orbiti əvvəllər son dərəcə sabit hesab edilən cırtdan planet Plutonun sistemdən çıxarılması ehtimalı yüksəkdir. Eyni hal Merkuri planetinə də aiddir. O əgər sistemdən çıxarılmasa belə, Günəşə çırpıla bilər. Bunlar baş verməsə belə, Uran, Neptun, Saturn Yupiter kimi planetlərin orbitləri ciddi şəkildə dəyişə bilər. Xüsusilə Yupiterin orbitindəki dəyişikliklər bizim üçün təhlükəlidir.
         Günəş sisteminin ən böyük planetinin yerdəyişməsi, Yer və Marsın, həmçinin ehtimal ki, Venera və Merkurinin orbitlərinə mənfi təsir göstərə bilər. Modeləşdirmə göstərib ki, Günəşin yaxınlığından keçən digər ulduzlar təkcə Günəş sistemi planetlərinin orbitlərini dəyişə bilməz, həm də bu ehtimal planetlərin orbitlərinin daxili qeyri-sabitliyi səbəbilə sistemin dağılması ehtimalından 50% daha yüksəkdir. Əgər Yer planetinin orbitası dəyişərsə, bu, onun həyat üçün yararsız hala gəlməsinə səbəb ola bilər. Hazırda Yer Günəşdən elə bir məsafədə yerləşir ki, bu məsafə həyat üçün zəruri şəraitin qorunmasına imkan verir. Alimlər belə qənaətə gəliblər ki, keçmişdə də yaxın keçən ulduzlar planetlərin orbitlərini dəyişdirə bilərdi və bu dəyişikliklərin izlərini aşkar etmək mümkündür.
    Paylaş