
Kosmik boşluqlar əslində boş sahələr deyillər
Elm & Texnologiya
12.06.2025
Emil
Kainatda, həqiqətən də, demək olar ki, tamamilə boş olan sahələr mövcuddur, lakin astrofizik Paul Sutter-in sözlərinə görə, bu boşluqlar tam mənada boş deyil. Onlar bir sıra maraqlı şeylər ehtiva edirlər. Qalaktikalar kainatda xaotik şəkildə səpələnməyib. Onlar kosmik hörümçək toru kimi tanınan bir strukturu əmələ gətirirlər. Əslində, bu, ən böyük strukturdur. Qalaktikalar burada qruplar halında birləşərək kosmik torun sapları boyunca yerləşirlər. Bu saplar 10 milyonlarla işıq ili uzunluğunda uzanır. Bu saplar ətrafında isə kainatın geniş sahələri yerləşir ki, həmin bölgələrdə görünən maddənin sıxlığı ümumi orta səviyyədən xeyli aşağıdır. Bunlar voidlər - yəni kosmik boşluqlardır. Ən kiçik voidlərın eni təxminən 20 milyon işıq ili, ən böyükləri isə yüz milyonlarla işıq ili ölçüsündədir. Bu sahələr tamamilə boş kimi görünür, amma əslində belə deyil.

Alimlər voidlərda çox kiçik və solğun cırtdan qalaktikaların mövcudluğuna dair əlamətlər aşkarlayıblar. Lakin kompüter modelləşdirməsi göstərir ki, bu da son deyil. Bizim ətrafımızda və kainatda gördüyümüz hər şeyi təşkil edən adi materiyadan əlavə, bir də qaranlıq materiya mövcuddur. Alimlər yalnız çox sıx qaranlıq materiya toplanmalarını görə bilirlər, çünki onlar adi materiyanı özlərinə çəkəcək qədər cazibə qüvvəsinə malikdirlər. Bu materiya sonradan ulduzlara və qalaktikalara çevrilir. Onlar isə işıq saçır və biz həmin işığı müşahidə edə bilirik. Voidlərda isə qaranlıq materiyanın sıxlığı kifayət qədər olmadığı üçün orada heç nə əslində işıq saçmır. Kompüter modelləşdirməsi göstərir ki, voidləri zəif şəkildə kosmik hörümçək torunun əks-sədası kimi keçən qaranlıq materiya sapları mövcuddur.

Lakin elə sahələr var ki, voidlərin dərinliklərində yerləşir və ora hətta qaranlıq materiya belə daxil olmur. Bu, bütün kainatda ən aşağı sıxlığa malik bölgələrdir. Buna baxmayaraq, voidlərdə az da olsa adi materiya aşkar etmək mümkündür. Kainatın ümumi orta sıxlığı hər kub metrə təxminən bir hidrogen atomu düşməsi ilə ölçülür, lakin voidlərin ən dərin hissələrində bu sıxlıq bundan 100 dəfədən çox azdır. Başqa sözlə, bu sahələrdə yalnız bir hidrogen atomunu ancaq bir futbol meydançası böyüklüyündə bir məkanda tapmaq olar. Kosmik boşluqları həmçinin fon radiasiyası (kosmik mikrodalğa arxa plan şüalanması) doldurur. Bu, kainatın cəmi 380 000 yaşı olduğu dövrdən (hazırda yaşı 13.8 milyard ildir) qalma işıqdır və bütün kainatı bürüyərək hər kub santimetri doldurur.

Bu işıq kainatda mövcud olan şüalanmanın əksəriyyətini təşkil edir. O, hər yerdə mövcuddur. Lakin bu şüalanma çox qədimdir və əslində enerji daşımır, buna görə onu voidlərin açıq-aşkar komponenti hesab etmək çətindir. Kosmik boşluqların ən dərin hissələrində daha bir komponent mövcuddur. Bu, kainat üçün həyati əhəmiyyət daşıyır və qaranlıq enerji adlanır. Qaranlıq enerji kainatdakı ümumi enerji sıxlığının təxminən 70%-ni təşkil edir. Lakin o, qalaktikalar və qalaktika qrupları kimi sıx strukturlarda hiss olunmur və onun orada mövcud olub-olmadığını bilmək çətindir. Lakin boşluqların dərinliklərində qaranlıq enerji üstünlük təşkil edir. Bu o deməkdir ki, bu sahələrdə maddə çatışmasa da, onlar qaranlıq enerji ilə doludur.
Sutter-in sözlərinə görə, məhz boşluqlarda qaranlıq enerji öz funksiyasını - kainatın genişlənməsini - yerinə yetirir. Hesab olunur ki, voidlər və ya kosmik boşluqlar ilkin kainatda cazibə qüvvəsinin yaratdığı qeyri-sabitlik nəticəsində formalaşıblar. Böyük oartlayışdan sonra materiya kainatda nisbətən bərabər şəkildə paylanmışdı, lakin sıxlıqda kiçik dəyişikliklər mövcud idi. Materiyanın bir qədər çox olduğu bölgələr cazibə qüvvəsi təsiri ilə daha çox materiyanı özünə çəkməyə başlayaraq kosmik hörümçək torunun saplarını və qalaktika qruplarını formalaşdırdı. Buna qarşılıq olaraq, başlanğıcda daha az materiyaya malik bölgələr getdikcə daha da boşaldı, çünki ətrafdakı materiya daha sıx bölgələrə axmağa başladı.
Paylaş
Ən çox oxunanlar

iOS 26 və iPadOS 26-nı əldə edəcək Apple cihazlarının siyahısı açıqlanıb
