Kosmik əməkdaşlıq gündəmdə: ABŞ rəsmisi Azercosmos stansiyasını ziyarət edib
Elm & Texnologiya
24.04.2026
Farid
ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon “Azercosmos”un Əsas Yerüstü İdarəetmə Stansiyasında olub.
Technote xəbər verir ki, səfər zamanı Azərbaycanın qlobal kosmik sektorda artan rolu barədə məlumat təqdim edilib.
Ziyarət kosmos sahəsində əməkdaşlıq və texnoloji inkişaf mövzularını da gündəmə gətirib. Tərəflər elm və texnologiya vasitəsilə innovasiya və əlaqəliliyin gücləndirilməsini müzakirə edib.
Eyni zamanda ABŞ-nin bu ay həyata keçirdiyi 10 günlük Artemis II missiyası da qeyd olunub. Missiya 50 ildən artıq fasilədən sonra Ay ətrafına ilk ekipajlı uçuş kimi qiymətləndirilir və kosmik tədqiqatlarda yeni mərhələ hesab olunur.
Bildirilir ki, ABŞ və Azərbaycan kosmik sektor üzrə əməkdaşlığı genişləndirməyi hədəfləyir. Bu əməkdaşlığın innovasiya və ortaq inkişafı dəstəkləməsi gözlənilir.
Paylaş