Lenovo Legion Go portativ oyun konsolu təqdim edilib - QİYMƏTİ

Lenovo Legion Go portativ oyun konsolu təqdim edilib - QİYMƏTİ

Texnologiya
01.09.2023 PAYLAŞIM

    Lenovo şirkəti Legion Go adlı portativ oyun konsolunun təqdimatını keçirib. Sözügedən yeni portativ oyun konsolu yüksək təsvir yenilənməsinə və keyfiyyətə sahib ekranı, yüksək performanslı AMD prosessorunu və effektiv soyutma sistemini əldə edib. Beləliklə Lenovo Legion Go konsolu 144 Hz-lik təvir yenilənməsinə sahib 2560x1600 piksel keyfiyyətli 8.8 düym IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 500 nit təşkil edir və o, DCI-P3 rəng diapazonunun 97%-ni əhatə edir. Portativ oyun konsolu AMD Ryzen Z1 Extreme prosessoru vasitəsilə çalışır və özündə LPDDR5X standartlı 16 GB-lıq RAM-ı və 1 TB-lıq SSD-ni birləşdirir.


    Lenovo Legion Go həmçinin microSD kart girişinə də sahibdir. Portativ oyun konsolu 65 vatt gücündə sürətli şarj texnologiyalı 49.2 vatt saatlıq batareya ilə təchiz olunub. Konsolun hər iki gamepad-ı ayrıca 900 mAh enerji tutumlu batareyaya sahibdir. Qeyd etmək lazımdır ki, Nintendo Switch-də olduğu kimi Lenovo Legion Go-da da gamepad-lar gövdədən ayrıla bilirlər. Təkmilləşdirilmiş soyutma sisteminə sahib olduğu üçün Lenovo Legion Go öz rəqiblərindən daha qalın və ağırdır. Onun çəkisi 845 qramm təşkil edir. Bu yeni portativ oyun konsolu gələn ay Avropa bazarında satışa çıxacaq və onun qiyməti 799 avrodan start götürəcək.



DAHA ÇOX


Samsung Galaxy Tab A9+ planşetinin texniki göstəriciləri ortaya çıxıb

Samsung şirkətinin hələ təqdim edilməmiş Galaxy Tab A9 planşet seriyasına daxil olacaq Galaxy Tab A9..


Apple elektromobili yaxın gələcəkdə işıq üzü görməyə bilər

Hələ bir neçə müddət bundan öncəyə kimi internetdə ara-sıra Apple şirkətinin elektromobil layihəsi b..


ASUS ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib - QİYMƏTİ..

ASUS şirkəti ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib.


Xiaomi Black Shark Lucifer Earphones adlı yeni naqilsiz qulaqlıq təqdim edilib -..

Xiaomi şirkəti qlobal bazarda Black Shark S1 smart saatı ilə yanaşı həmçinin Black Shark Lucifer Ear..


Xiaomi qlobal bazarda Black Shark S1 adlı smart saatı təqdim edib - QİYMƏTİ..

Xiaomi şirkəti heç gözlənilmədən qlobal bazarda özünün Black Shark brendinin bir neçə yeni məhsulunu..


Acer 180 Hz-lik təsvir yenilənməsinə sahib yeni monitorunu təqdim edib - QİYMƏTİ..

Acer şirkəti özünün monitorlar seriyasını yeni model ilə genişləndirib.

×