Logo
    main-post-cover

    Lenovo Tab M11 adlı yeni planşetini satışa çıxartmağa hazırlaşır

    Elm & Texnologiya
    27.10.2023
    Emil
         Biz artıq bir neçə dəfə xəbər vermişik ki, Lenovo şirkəti Tab M11 adlı yeni planşetini satışa çıxartmağa hazırlaşır. Görünür, bu artıq yaxın zamanda baş tutmalıdır. Belə ki, sözügedən yeni planşet ABŞ-ın Federal Rabitə Komissiyasının (FCC) məlumatlar bazasında ortaya çıxıb. Bu isə o deməkdir ki, planşet yaxın zamanda satışa çıxacaq.
         FCC məlumatlar bazasına əsasən Lenovo Tab M11 planşeti 3 versiyada satışa çıxacaq. Birinci versiya 4 GB RAM-a və 64 GB yaddaşa, ikinci versiya 4 GB RAM-a və 128 GB yaddaşa, üçüncü versiya isə 8 GB RAM-a və 128 GB yaddaşa sahib olacaq. Bununla yanaşı planşet mobil şəbəkə dəstəyinə və Android 13 əməliyyat sisteminə sahib olacaq. FCC məlumatlarında qeyd edilib ki, planşet 6820 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
    Paylaş