LG şirkəti, elektrikli avtomobillərin batareyalarındakı yanma problemini həll edən bir material hazırlayıb!
Elm & Texnologiya
03.10.2024
Farid Pardashunas
LG Chem, batareyalardakı istilik sızmasının qarşısını ala bilən yeni bir material hazırladığını elan edib. Batareyalardakı istilik sızmasının qarşısını almaq təhlükəsizlik baxımından böyük əhəmiyyət kəsb edir.
LG Chem, hazırladığı istiliyə həssas Safety Reinforced Layer (SRL) adlanan qatın sayəsində batareyaların həddindən artıq qızdığı hallarda istilik sızmasını qarşısını ala biləcəyini bildirib. Açıqlamaya görə, bu material istilik artdıqca elektrik müqavimətini dəyişdirərək, həddindən artıq qızmanın ilkin mərhələlərində elektrik axınını kəsən bir "qoruyucu" kimi fəaliyyət göstərir. LG Chem-in açıqlamasına əsasən, SRL sadəcə 1 mikrometr qalınlığında, yəni insan tükünün qalınlığının yüzdə biri qədər nazik bir qatdır. Bu material, batareyanın katod təbəqəsi ilə elektron axını təmin edən alüminium folqa arasına yerləşdirilir. Batareyanın istiliyi 90°C-130°C arasında çatdıqda, material istiliyə reaksiya verərək molekulyar quruluşunu dəyişdirir və beləliklə elektrik axınını effektiv şəkildə kəsir.
Materialın elektrik müqaviməti hər 1°C istilik artımında 5.000 ohm artır və maksimum müqavimət adi istiliklərdəki müqavimətin 1.000 qatına qədər yüksələ bilir. Ən diqqətçəkən xüsusiyyəti isə bu müqavimətin geri çevrilə bilməsidir, yəni istilik normal səviyyəyə düşdükdə müqavimət əvvəlki halına qayıdır və elektrik axını yenidən normal şəkildə davam edir. Verilən məlumata görə, LG Chem-in bu yeni texnologiyası POSTECH Universiteti ilə birlikdə sınaqdan keçirilib. Həmçinin batareyanın təhlükəsizlik sınaqları LG Chem-in enerji saxlama bölməsi olan LG Energy Solution ilə əməkdaşlıqda aparılıb. Sınaqların nəticəsində SRL ilə təchiz edilmiş batareyaların vurma və deşmə testlərində ya yanmadığı, ya da alovlandıqdan qısa müddət sonra söndüyü bmüşahidə edilib.
Litium kobalt oksid (LCO) batareyalarında aparılan mismar deşilmə sınağında adi batareyaların sadəcə 16%-i yanmayıb. Buna qarşılıq isə yeni materiala sahib batareyalarda heç bir yanğın hadisəsi baş verməyib. Elektrikli avtomobillərdə istifadə edilən nikel-kobalt-manqan (NCM) batareyaları üzərində aparılan vurma testlərində isə 10 kiloqramlıq yük, batareyaların üzərinə buraxılıb. Standart batareyaların hamısında yanğın baş verərkən, SRL ilə təchiz edilmiş batareyaların 70%-i heç yanmayıb, qalan 30%-i isə saniyələr içində öz-özünə sönüb. Məlumdur ki, elektrikli avtomobillərdə baş verən yanğınlar çox vaxt avtomobil tamamilə kül olana qədər söndürülə bilmir.
Tədqiqatçılar bu yeni texnologiyanın batareyalardakı partlama riskini 63%-dən 10%-ə endirdiyini bildirirlər. Bundan əlavə, bu texnologiya əvvəlki metodlardan daha sürətli reaksiya verir və enerji sıxlığını azaltmır. LG Chem, bu yeni materialın tezliklə kütləvi istehsala tətbiq oluna biləcək bir araşdırma uğuru olduğunu vurğulayır. LG Chem, SRL-nin mobil batareyalar üzərindəki təhlükəsizlik testlərini tamamladığını və gələn il ərzində yüksək həcmli elektrikli avtomobil batareyaları üçün testlərə davam etməyi planlaşdırır.
Linki kopyala
electric cars battery
elektrikli avtomobillər
innovative technologies
elektrikli avtomobil batareyaları
lg srl
lg chem
lg
safety reinforced layer
lg safety reinforced layer
electric cars
Bənzər xəbərlər
Oxşar xəbərlər
Dünyanın ən böyük elektrikli kranı təqdim edilib!
Dünyanın ən böyük elektrikli kranı təqdim edilib!
Hollandiyanın Mammoet şirkəti, özünün nəhəng elektrikli kranını rəsmi olaraq təqdim edib. Şirkətin bildirdiyinə görə, SK6000 adlı 200 metr hündürlüyə malik kran, dünyanın ən böyük və ən güclü elektrikli kranıdır.
Smartfonların qiymətlərini əhəmiyyətli dərəcədə azalda biləcək texnologiya hazırlanıb!
Smartfonların qiymətlərini əhəmiyyətli dərəcədə azalda biləcək texnologiya hazırlanıb!
Yapon alimləri, smartfonları əhəmiyyətli dərəcədə ucuzlaşdıra biləcək texnologiya hazırlayıblar. Bu texnologiya prosessor istehsal xərclərini azaldır.
Cənubi Koreyalı tədqiqatçılar, uçan alış-veriş arabası hazırlayıblar! (VİDEO)
Cənubi Koreyalı tədqiqatçılar, uçan alış-veriş arabası hazırlayıblar! (VİDEO)
Cənubi Koreyalı tədqiqatçılar alış-veriş təcrübəsini kökündən dəyişə biləcək yenilikçi kəşf ediblər. Palletrone adlı yeni məhsul dron vasitəsilə alış-veriş ərzaq arabasına çevrilir.
Dünyanın ən sürətli şarj olan elektrikli avtomobil batareyası təqdim edilib!
Dünyanın ən sürətli şarj olan elektrikli avtomobil batareyası təqdim edilib!
Çin avtomobil sənayesi dünyanın ən sürətli şarj olan elektrikli avtomobil batareyasını təqdim edib. CATL və SAIC-GM-in birgə əməkdaşlığı ilə hazırlanmış bu batareya, 6C-lik effektiv şarj olma sürəti təklif edir.
Ən səssiz sualtı qayıqları belə aşkar edə bilən texnologiya hazırlanıb!
Ən səssiz sualtı qayıqları belə aşkar edə bilən texnologiya hazırlanıb!
Çin, dənizin dibində elektromaqnit siqnallarından istifadə etməklə sualtı qayıqların aşkarlanma məsafəsini 20 km-ə çatdırıb. Hətta sistemin ən səssiz sualtı qayıqları belə aşkar etdiyi bildirilir.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!