REDMI Watch 6 ağıllı saatı təqdim edilib - QİYMƏTİ
REDMI brendi REDMI K90 smartfon seriyası ilə yanaşı öz yeni ağıllı saatını da təqdim edib. Söhbət, REDMI Watch 6-dan gedir. Bu yeni ağıllı saat kvadrat formalı gövdə dizaynını əldə edib. Ağıllı saat 514x432 piksel keyfiyyətli 2.07 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 2000 nit təşkil edir və o, Always-on-Display funksiyasını dəstəkləyir. Cihazın gövdəsi paslanmaz poladdan hazırlanıb və 5ATM standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Ağıllı saat ürək döyüntüləri ritmini, qandakı oksigen miqdarını ölçə və yuxu keyfiyyəti ilə stres səviyyəsini monitorinq edir. Saat 150-dən çox idman rejimini dəstəkləyir. Ağıllı saatın batareya həcmi 550 mAh təşkil edir. Məlumatda qeyd edilib ki, REDMI Watch 6 bir dəfə şarj olunandan sonra adi istifadə rejimində 24 gün ərzində, Always-on-Display funksiyasının aktiv olduğu halda 7 gün ərzində çalışa bilir. Onu da qeyd etmək lazımdır ki, ağıllı saat özündə kontaktsız ödənişlər üçün NFC texnologiyasını birləşdirir. REDMI Watch 6 artıq Çində satışa çıxıb və onun qiyməti 84$ təşkil edir.
Paylaş