Logo
    main-post-cover

    LG şirkəti VR eynəyin patentini aldı

        LG şirkəti ABŞ-ın patentlər və ticarət nişanları üzrə idarəetmə komissiyasından VR eynəyin patentini əldə edib. Şirkət bu patent sorğusunu hələ 2016-cı ilin yay fəslində göndərmişdi. Lakin o indi təsdiqlənib və qeydiyyatdan keçirilib. Patent fotolarından da görmək olar ki, LG şirkətinin VR eynəyi çox dəbli, futuristik və kompakt görünür. VR eynək 2 linza və yuxarı hissədən mexaniki düymələr ilə təchiz olunub. VR eynəyin qulağın üzərinə yerləşdirilən hissəsi isə çox nazikdir. Bu baxımdan o, adi eynəkləri xatırladır. Təəssüflər olsun ki, bu VR eynəyin texniki göstəriciləri barəsində heç bir məlumat yoxdur. VR eynəyin adı, qiyməti və təqribi satışa çıxma tarixi barəsində də heçnə bilinmir. Heç məlum deyil ki, LG şirkəti nəticə etibarilə bu cür cihazı istehsal edəcək yoxsa yox. Bu sadəcə patent olaraq qala da bilər.

    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    LG şirkəti VR eynəyin patentini aldı | Technote