
Logoları ilə bütün dünyanı gəzən nəhənglər
Elm & Texnologiya
07.05.2017
Farid
Logolar günümüzdə getdikcə daha da çoxalan şirkətlərin siması olmaqda davam edir.Bes o zaman logoları necə seçməli? Tanınmış şirkətlərin logolara belə önəm verməsinin səbəbi nədir? Bütün bu sualların cavabını Technnote olaraq araşdırdıq və araşdırmalarımızı sizlərlə paylaşırıq.
İlk
olaraq dünya nəhənglərindən olan Apple şirkəti ilə başlayaq. Beləki, Apple şirkətinin
logosunun alma olması hamıya məlumdur.İlk vaxtlar şirkət alma sortalrından biri
olan "Macintosh” adıyla anılırdı. Daha sonralar Steve Jobs logonun quruluşunu
daha da irəli daşıyaraq müqəddəs kitabda göstərilən Adəm və Həvvanın cənnətdən
qovulmasına səbəb olan alma təsvirini istifadə etməyi qərara aldı.Amma indi
hal-hazırda bizim qarşılaşdığımız dişlənmiş alma logosu isə kompyuter
istehsalında çalışan və zəhərli alma yerərək intihar edən Alan Turingə itihaf
olunması haqda da versiyalar irəli sürülməkdədir.

İkinci şirkət olaraq həyatımızın
ayrılmaz parçasına çevrilən social şəbəkə Facebook göstərmək olar.Logo ilk
olaraq adını "paper facebooks" alır və Mark Zuckerberq tərəfindən düzəldilmişdi.

Böyük istifadəçi kütləsi olan
Facebookun logosunun sadəliyi hər zaman diqqət çəkmişdir.Mavi rəngin üstünlük təşkil
etdiyi sahədə belə sadə bir logo insanların diqqətində qalmağı hədəfləyirdi.Və mavi olması isə rənglərin psixologiyası yönündən
baxıldıqda sonsuzluq, müdriklik və ən əsası güvən anlamı verir.

İndi isə bir digər online ticarət
nəhənglərindən olan Amazonun təhlilinə baxaq.Logosunda "Ox” işarəsinin A-dan Z-yə
uzanması ağıllı tərtib olunmuş marketing siyasətindən xəbər verir.Logo vasitəsilə
şirkət müştəriyə axtardığı hər şeyi tapa biləcəyini vəd etməklə bərabər həmçinin
gülüş ifadəsini də əks etdirir.Bu isə
xidmətin nə dərəcədə yüksək təşkil olunması haqda istifadəçiyə psixoloji təsir
edir.
Heç
Sony şirkətinin laptop markası olan VAIO logosuna fikir
vermisinizmi?Yəqinki, çoxluq bunun heç fərqində belə deyil.O
zaman diqqətlə baxın.Buradakı VA birləşməsi analoq siqnalları, IO informatikada çox istifadə olunan maşın dili simvolları olan
1 və 0 anlayışını ifadə edir.Bir sözlə, analoq və dijital dünyanın birləşməsini əks etdirir.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
