Logo
    main-post-cover

    Maqnit sahələri qalaktikamızın mərkəzində yeni ulduzların formalaşmasına imkan vermirlər

    Elm & Texnologiya
    07.04.2025
    Emil
         Kainatda demək olar ki, bütün kimyəvi elementlər, o cümlədən həyatın yaranmasından asılı olan elementlər ulduzlardan əmələ gəlib. Bununla belə, onilliklərdir aparılan tədqiqatlara baxmayaraq, ulduzların yaranması prosesinin bəzi aspektləri hələ də aydın deyil. Səbəbi tam məlum olmayan şəkildə gözləniləndən daha az ulduzun əmələ gəldiyi Süd Yolu qalaktikasının mərkəzində yerləşən Oxatan C (Sgr C) bölgəsi üzrə aparılan astronomik müşahidələr bu sirli proseslərin bəzilərinə işıq salır. Baxmayaraq ki, Sgr C bölgəsi qalaktikadakı ən perspektivli ulduz yaranma mühitlərindən birində - Oxatan A* adlı superkütləli qara dəlikdən cəmi 200 işıq ili uzaqlıqda yerləşir və böyük miqdarda molekulyar qaz ehtiyatına malikdir, astronomların hesablamalarına görə, burada yaranmalı olduğundan daha az ulduz doğulur.
         2023-cü ildə NASA-nın James Webb kosmik teleskopu bu bölgə haqqında astronomlara ilk infraqırmızı məlumatları təqdim edib. Bu, alimlərə qaz və toz örtüyünün arxasını görməyə və ulduz populyasiyasını ətraflı şəkildə öyrənməyə imkan verib. Space nəşrinin məlumatına görə, bu müşahidələrin yeni təhlili Sgr C bölgəsində bəzilərinin uzunluğu bir neçə işıq ilinə çatan, iynəyə bənzəyən onlarla parlaq, isti plazma ipliyi aşkar edib. “Biz bu iplikləri görməyi heç gözləmirdik” - deyə İspaniyadakı Andalusiya Astrofizika İnstitutunun elmi işçisi, iki yeni tədqiqatın həmmüəllifi Ruben Fedriani bildirib. O və həmkarları güman edirlər ki, bu ipliklər yaxınlıqdakı maqnit sahələri tərəfindən formalaşıb. Onları qalaktikamızın mərkəzində yerləşən qara dəliyin ətrafında fırlanan qazın turbulent hərəkətləri dartır və gücləndirir.
         Bu qara dəliyin kütləsi Günəşin kütləsindən təxminən 4 milyon dəfə böyükdür və ətraf mühitə güclü cazibə təsiri göstərir. Bu maqnit qüvvələri o qədər güclü ola bilər ki, molekulyar buludların tipik cazibə kollapsına qarşı çıxaraq maddəni Webb-in görüntülərində görünən sıx ipliklər şəklində məhdudlaşdırır. Bu da izah etməyə kömək edir ki, nə üçün Sgr C gözləniləndən daha az ulduz yaradır. “İlk dəfədir ki, güclü maqnit sahələrinin ulduz yaranmasını hətta kiçik miqyaslarda da boğa biləcəyini birbaşa müşahidə edirik” - deyə Kolorado Universitetinin astrofiziki, Fedriani ilə həmmüəllif olan John Bally bildirib. Süd Yolu qalaktikasındakı ulduzların, o cümlədən Günəşin əksəriyyəti qalaktikanın mərkəzinin ətrafında fırlanan nazik diskin içində yerləşir. Əvvəllər astronomlar düşünürdülər ki, bu disk təxminən 8-10 milyard il əvvəl formalaşıb, lakin bu, bəlkə də doğru deyil.
    Mənbə: Space.com
    Paylaş
    Bənzər xəbərlər
    yer-menseli-bakteriyalar-gelecek-ay-bazalarinda-muhum-rol-oynaya-bilerler
    Elm & Texnologiya

    Yer mənşəli bakteriyalar gələcək Ay bazalarında mühüm rol oynaya bilərlər

    Əgər hər şey plana uyğun getsə, yaxın gələcəkdə insanlar Ayda ilk bazaları inşa etməyə başlayacaqlar. Bu bazalar gələcəkdə insanların daimi yaşayacağı şəhərlərin təməli olacaqlar. Alimlər hesab edirlər ki, bu bazaları və şəhərləri Ay səthini örtən toz - ay reqoliti - vasitəsilə hazırlanan kərpiclərdən inşa etmək mümkündür.
    erken-kainatda-superkutleli-qara-deliklerin-formalasmasini-izah-eden-nezeriyye-ireli-surulub
    Elm & Texnologiya

    Erkən kainatda superkütləli qara dəliklərin formalaşmasını izah edən nəzəriyyə irəli sürülüb

    Amerikalı astrofiziklər erkən kainatda - mövcud elmi qanunlara əsasən hələ yaranmamalı olan dövrdə - superkütləli qara dəliklərin formalaşmasını izah edən bir nəzəriyyə irəli sürüblər.
    james-webb-erken-kainatda-coxlu-sayda-olu-qalaktika-kesf-edib
    Elm & Texnologiya

    James Webb erkən kainatda çoxlu sayda "ölü" qalaktika kəşf edib

    Erkən kainatda yalnız gənc və aktiv qalaktikaların mövcud olacağı gözlənilirdi, lakin yeni müşahidələr bu fikri təkzib etdi. James Webb kosmik teleskopu, Böyük partlayışdan sonrakı ilk 1 milyard il ərzində özlərində yeni ulduzların yaranması prosesinin dayanmış olduğu çox sayda ölən qalaktika aşkarlayıb.
    alimler-marsda-sag-qala-bilecek-canli-novunu-teyin-edibler
    Elm & Texnologiya

    Alimlər Marsda sağ qala biləcək canlı növünü təyin ediblər

    Tədqiqatçılar Marsın sərt şəraitində yaşaya biləcək bir Yer mənşəli həyat forması müəyyən ediblər ki, bu da gələcəkdə insanların Qırmızı Planetdə koloniyalar qurmalarına potensial olaraq kömək edə bilər.
    torlu-qisanin-zedelenmesi-halinda-gorme-qabiliyyetinin-berpasi-dermani-hazirlanib
    Elm & Texnologiya

    Torlu qişanın zədələnməsi halında görmə qabiliyyətinin bərpası dərmanı hazırlanıb

    Cənubi Koreya alimləri tor qişanın müxtəlif degenerativ xəstəlikləri səbəbilə görmə qabiliyyətini itirmiş insanlarda görməni bərpa etmək üçün təcrübi dərman təqdim ediblər.