Marsda həyat izlərinə dair yeni məlumatlar kəşf edilib!
Elm & Texnologiya
10.10.2024
Farid Pardashunas
Mars hazırda həyat üçün əlverişsiz bir yer olsa da, yeni araşdırmalar Qırmızı Planetin bu gün gördüyümüz səhralıq və cansız bir məkana necə çevrildiyini aydınlaşdırır.
NASA-nın Curiosity roveri, Marsın bir vaxtlar yaşayış uyğun olub-olmadığına dair yeni məlumatlar təqdim edərək Qırmızı Planetin keçmişinə işıq salır. Aparılan kimyəvi analizlər göstərir ki, Marsın səthi bir vaxtlar həyatı dəstəkləyə biləcək şəraitə malik ola bilərdi, lakin bu əlverişli şərtlər yalnız qısa müddət ərzində davam edib. Mars torpağında həyat üçün vacib elementlərin mövcud olmasına səbəb olan proseslər, hazırda mövcud olan susuz şəraitin yaranmasına da səbəb olmuş ola bilər.
Curiosity 2012-ci ildən bəri Gale Kraterini araşdırır və bu müddət ərzində planetin torpaq və qaya nümunələrini analiz edərək karbon baxımından zəngin mineralları tapmağa çalışır. Karbon, Yer üzündə həyatın əsas komponentlərindən biri kimi qəbul olunur, çünki o, DNT və RNT kimi mürəkkəb molekulların yaranmasını təmin edir. Lakin Marsda aparılan analizlər yalnız hazırda sərt mühit olmadığını, həm də yaşayış üçün əlverişli olduğu dövrlərin qısa müddətli olduğunu göstərir. Digər tərəfdən alimlər, mikrobların yeraltında daha əlverişli şəraitdə inkişaf edib-etmədiyini müəyyən etmək üçün daha çox araşdırmaya ehtiyac olduğunu bildirirlər.
NASA-nın roverləri, əvvəllər Marsın üzvi birləşmələrlə zəngin olduğunu və karbonatlar kimi tanınan karbon tərkibli minerallara sahib olduğunu aşkar etmişdi. Curiosity-nin ən son analizləri bu karbonatlar içindəki karbon və oksigen izotoplarını araşdırmağa yönəlib. Mars səthindən toplanan nümunələr, roverin Sample Analysis at Mars (SAM) cihazında 899°C temperaturda qızdırılıb və qazlar lazer spektrometri vasitəsilə analiz edilib. Yerə göndərilən məlumatlarda, Mars nümunələrində əvvəl tapılanlardan daha ağır karbon və oksigen izotoplarının olduğu müəyyən edilib. Bu izotopların mövcudluğu, Marsda da karbon dövranı kimi həyati proseslərin baş verə biləcəyini, lakin Yer üzündəki karbon dövranından xeyli fərqli şərtlər altında olduğunu göstərir.
Tədqiqatçılar bu izotopların necə meydana çıxdığı ilə bağlı 2 fərqli nəzəriyyə irəli sürürlər. Birinci nəzəriyyə, Marsın bir sıra nəmli və quraq dövrlərdən keçdiyini bildirir. Bu quraq dövrlərdə su buxarlanıb, atmosferdə yüngül elementləri daşıyaraq geridə ağır izotoplar buraxıb. Bu dövr, Marsın yalnız qısa müddətə həyatı dəstəkləyə biləcək bir planet olmasına səbəb olub. İkinci nəzəriyyə isə karbonatların çox soyuq və duzlu sularda yarandığını irəli sürür. Bu cür mühitlər həyat üçün olduqca əlverişsiz, hətta ən sadə canlılar, məsələn, amöblər üçün belə çətin şəraiti təmsil edir.
Bu kəşflər, Marsda həyat axtarışının dayanması demək deyil. Əksinə, NASA-nın bu araşdırmasını aparan alimlərdən David Burtt, nəticələrin həddindən artıq buxarlanma izlərinə işarə etməsinə baxmayaraq, həyatın yeraltındakı daha qorunmuş bölgələrdə mövcud olmuş ola biləcəyini qeyd edir. O, həmçinin karbonatların yaranmasından əvvəl Marsda həyat üçün əlverişli bir atmosferin mövcud ola biləcəyini və ya planetin başqa yerlərində fərqli iqlim şəraitinin hakim ola biləcəyini də istisna etmir. Marsda həyat axtarışı indiyə qədər qəti nəticələr verməyib. Ancaq Curiosity və Perseverance kimi roverlər bu çətin vəzifəni davam etdirərək Marsın səthini addım-addım araşdırırlar. NASA 2030-cu və ya 2040-cı illərdə Marsa insanlı missiya təşkil etməyi planlaşdırır.
Linki kopyala
nasa curiosity
elmi xeber
Scientific news
space news
science
science news
elmi xeberler
curiosity
mars
mars planet
mars planeti
curiosity rover
nasa
cosmic news
nasa mars
Bənzər xəbərlər
Oxşar xəbərlər
Mars həyat üçün münbit şəraitini necə itirib?
Mars həyat üçün münbit şəraitini necə itirib?
Alimlərin Marsda mümkün həyat növü barəsində təsəvvürləri bu planetin müşahidə dövrü ərzində dəfələrlə dəyişib. İlk zamanlarda Mars həyat üçün münbit şəraitə sahib olmayan səhralıq hesab edilirdi.
Alimlər 2 milyard illik qayada canlı mikroblar kəşf ediblər!
Alimlər 2 milyard illik qayada canlı mikroblar kəşf ediblər!
Alimlər, Cənubi Afrikada canlı mikroorqanizmlərin yaşadığı 2 milyard illik qaya aşkar ediblər. Bu kəşf, Yerdəki erkən həyat haqqında bildiklərimizi dəyişdirmək potensialına malikdir.
Yeni bir araşdırmaya görə, kainatda qaranlıq maddə mövcud olmaya bilər!
Yeni bir araşdırmaya görə, kainatda qaranlıq maddə mövcud olmaya bilər!
Yeni araşdırmaya görə, kainatda qaranlıq maddə olmadığı üçün qaranlıq maddəni tapmaq səyləri heç vaxt müsbət nəticə verməyəcək.
Alimlər elektrik enerjisi istehsal edə bilən süni bitki hazırlayıblar!
Alimlər elektrik enerjisi istehsal edə bilən süni bitki hazırlayıblar!
Tədqiqatçılar tərəfindən hazırlanmış bu süni bitki, daxili məkanlarda fotosintez üçün işıqdan istifadə edir, CO2 səviyyəsini 90% azaldır, oksigen və bioelektrik istehsal edir.
“3 Bədən Problemi” reallığa çevrilir: Kosmosda 3 ulduzlu sistem kəşf edilib!
“3 Bədən Problemi” reallığa çevrilir: Kosmosda 3 ulduzlu sistem kəşf edilib!
Netflix-in "3 Bədən Problemi" serialındakı sistem kimi 3 ulduzdan ibarət bir sistem kəşf edilib. NASA-nın məlumatına görə, ulduzların təxminən milyonlarla il sonra birləşərək partlayacağı gözlənilir.
Həftənin xəbərləri
Süni intellekt 1.5 milyard illik təkamülün sirrini ortaya çıxarıb!
Alimlər insan beyninin nə qədər sürətli bir şəkildə düşünə bildiyini ölçüblər!