Logo
    main-post-cover

    Marsda qədim çimərliyin izləri aşkar edilib

    Elm & Texnologiya
    26.02.2025
    Emil
         Çinin Mars səthində fəaliyyətdə olan Zhurong aparatı 2021-ci ildə Marsa eniş etdikdən sonra, 4 milyard ildən daha qədim yeraltı çimərlik izləri aşkar edib. Bu izlər Yer kürəsindəki dəniz sahillərini xatırladır. Bu kəşf Marsda bir zamanlar okeanın mövcud olması ilə bağlı fərziyyəni təsdiqləyir. Alimlər hesab edirlər ki, Marsda həyat izlərini məhz burada axtarmaq lazımdır, çünki Yer kürəsində də həyat məhz sahil zonalarında formalaşıb. Onlar ümid edirlər ki, daha dərin araşdırmalar Marsın hidrosferasını nə vaxt və niyə itirdiyini və planetin nə üçün yaşayış üçün yararsız hala gəldiyini anlamağa kömək edəcək. Zhurong aparatı 2021-ci ilin mayından 2022-ci ilin mayına qədər Qırmızı Planetin səthində 1.9 km məsafə qət edib.
         Alimlərin fikrincə, bu region bir vaxtlar qədim bir dənizin sahili olub. Aparat 80 metr dərinliyə qədər torpağı tədqiq etmək üçün yeraltı radardan istifadə edib. Bu cihazın topladığı görüntülər qeyri-adi çöküntü qatlarını göstərib. Bu laylar təxminən 15 dərəcə bucaq altında yerləşirlər ki, bu da Yer çimərliklərində rast gəlinən formaya çox bənzəyir. Tədqiqatçılara görə, bu çöküntülər yalnız milyon illər ərzində formalaşa bilər, bu da uzun müddət dalğalarla örtülmüş açıq su hövzəsinin mövcudluğunu göstərir. Bu laylar küləyin aşındırması nəticəsində yaranan çöküntülər deyil, qum hissəciklərindən ibarətdir.
         Buna görə də, onlar Marsdakı qum təpələrindən çox, Yer çimərliklərinə bənzəyir. Kaliforniya Universitetinin Yer və Planet Elmləri professoru Michael Manga bildirib: "Bu strukturlar nə qum təpələrinə, nə də kraterlərə bənzəyir. Onların istiqaməti və yamac bucaq dərəcəsi göstərir ki, burada bir zamanlar həqiqi okean olub və o, sahillər formalaşdırıb". Səthin 10-35 metr dərinliyində aşkar edilmiş çöküntülər göstərir ki, keçmişdə bu bölgə yalnız açıq okean deyil, həm də çaylarla zəngin su hövzələrinə malik olub. Pensilvaniya Dövlət Universitetinin Yer elmləri üzrə dosenti Benjamin Cardenas bildirib: "Sahil xətləri həyat izlərini axtarmaq üçün ideal yerlərdir. Yer kürəsində həyat məhz belə sahil bölgələrində - hava ilə təmasda olan dayaz sularda yaranıb".
         Quançjou Universitetinin professoru və "Tianwen-1" Mars missiyası elmi qrupunun üzvü Hay Liu isə əlavə edib: "Bu, Marsın bir zamanlar yaşayış üçün yararlı olduğunu sübut edir". Marsda okeanın mövcudluğu ilə bağlı fərziyə ilk dəfə 1970-ci illərdə Viking kosmik aparatı tərəfindən çəkilmiş görüntülər əsasında ortaya çıxıb. Bu görüntülərdə Marsın şimal yarımkürəsinin böyük bir hissəsini əhatə etdiyi ehtimal edilən sahil xətti görünürdü. Lakin alimlər uzun müddət bu nəzəriyyəyə şübhə ilə yanaşırdılar. Sahil xəttinin qeyri-bərabər olması və planetin səthində kifayət qədər suyun olmaması bu şübhələrin əsas səbəbləri idi. Zhurong aparatının yeni məlumatlarının təhlilindən sonra aydın oldu ki Marsda su təkcə səthdə deyil, həm də yeraltında mövcud ola bilərdi və yeraltı su ehtiyatları buz halında qalıb saxlanmış ola bilər. Bundan əlavə, alimlər fərziyyə irəli sürüblər ki Marsda vulkanik fəaliyyət planetin fırlanma oxunu dəyişmiş ola bilər. Bu da sahil xəttinin formasına təsir göstərmiş ola bilər.
    Mənbə: Science Alert
    Paylaş
    Bənzər xəbərlər
    asteroidin-yer-kuresi-ile-toqqusmasi-ehtimali-sifira-enib
    Elm & Texnologiya

    Asteroidin Yer kürəsi ilə toqquşması ehtimalı sıfıra enib

    Astronomlar 2024 YR4 asteroidi üzərində müşahidələrini davam etdirirlər, çünki əvvəlki məlumatlara görə, onun Yerə çırpılma ehtimalı var idi. New York Times-ın yazdığına görə, NASA-nın son açıqlamasında bu ehtimalın sıfıra endiyi bildirilib.
    dunya-okeaninda-temperaturun-artmasina-baxmayaraq-onun-buxarlanmasi-daha-leng-gedir
    Elm & Texnologiya

    Dünya okeanında temperaturun artmasına baxmayaraq onun buxarlanması daha ləng gedir

    Son onilliklərdə alimlər planetin üzərindəki iqlim böhranı barədə xəbərdarlıq edirlər. Nəticədə, dünya görünməmiş istilik dalğaları və quraqlıqlarla qarşılaşıb. Alimlər eyni zamanda dünya okeanının temperaturunun artdığını da müşahidə edirlər.
    124-isiq-ili-uzaqliginda-yupitere-benzer-ekzoplanet-kesf-edilib
    Elm & Texnologiya

    124 işıq ili uzaqlığında Yupiterə bənzər ekzoplanet kəşf edilib

    İsrailli astronomlar GJ 2126 ulduzunun ətrafında fırlanan və Yupiterə bənzəyən yeni bir ekzoplanet aşkarlayaraq mühüm bir kəşfə imza atıblar. Bu tədqiqat planetlərin formalaşması və təkamülü haqqında yeni məlumatlar təqdim edə bilər.
    suni-zeka-vasitesile-en-yungul-ve-dozumlu-material-hazirlanib
    Elm & Texnologiya

    Süni zəka vasitəsilə ən yüngül və dözümlü material hazırlanıb

    Alimlər, süni zəkanın köməyi ilə, nanomaterial üçün mümkün olan ən yüngül və dözümlü geometrik strukturu yaratmağa nail olublar. Nəticədə, alimlər karbon nanotorbalarını əldə ediblər.
    kalkulyator-insan-14-yasli-yeniyetme
    Elm & Texnologiya

    "Kalkulyator-insan": 14 yaşlı yeniyetmə 1 gündə riyaziyyat üzrə 6 dünya rekorduna imza atıb

    Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş Ginnes Rekordlar Kitabı tədbirində 14 yaşlı hindistanlı Aaryan Shulka bir gündə altı fərqli mental hesablamada dünya rekordu qırıb. Bu barədə Live Science məlumat yayıb.