
MediaTek 5G dəstəkli Dimensity 1000 prosessorunu təqdim etdi
Elm & Texnologiya
26.11.2019
Nijat
MediaTek şirkəti uzun illərdir ki, Qualcomm və Exynos ilə rəqabət aparır. Lakin son illərdə şirkətin prosessorları və arxitekturası digərlərindən zəif olduğu üçün telefon markaları tərəfindən çox da seçilən bir şirkət olmurdu. Lakin artıq şirkət təkrar rəqabətə qatılır. MediaTek şirkəti 5G dəstəkli flaqman cihazlarda istifadə ediləbiləcək Dimensity 1000 prosessorunu təqdim etdi.
Dimensity 1000 prosessoru 5G şəbəkəsini dəstəkləri və 7 nm istehsal arxitekturasında hazırlanıb.

Digər tərəfdən edilən 5G sürət testlərində bu prosessor maksimum 4.7 Gbps sürətə çata bilib. Yəni indiki halda ən yüksək sürəti verə bilən 5G çipi Dimensity 1000-dir. Tək bununla yetinməyən şirkət bu çipə ən yeni Wi-Fi 6 texnologiyasını, Bluetooth 5.1+ və Dual 5G dəstəyini də əlavə edib. Mövcud halda ən təkminləşmiş mobil 5G çipi ünvanına malikdir. Dimensity 1000 çipseti həmçinin 80 Mp kamera dəstəyinə və 5 nüvəli şəkil emalı çipinə də malikdir. Həmçinin bu çip 24 FPS video çəkimlərini, FullHD ekran ayarlarında 120 Hz tezliyi, 2K ekranlarda isə 90 Hz tezliyi dəstəkləyə bilir. Amma çipsetin ən mükəmməl özəlliyi isə Google tərəfindən dəstəklənən AV1 video formatında 4K 60 FPS video aça bilməsidir. İlk dəfə mobil prosessorlar arasında bu özəlliyə malik bir çipset istehsal edilir.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
