main-post-cover

    Məşhur analitik: 'Apple ilin sonuna kimi iki yeni AirPods modeli təqdim edə bilər'

    Elm & Texnologiya
    25.04.2019
    Farid Pardashunas
        Digitimes saytının üçüncü nəsil naqilsiz AirPods qulaqlığı ilə bağlı xəbərindən sonra məşhur analitik Ming-Chi Kuo bildirib ki, Apple şirkəti bu ilin dördüncü rübündə və ya gələn ilin əvvəlində iki yeni AirPods modelini satışa çıxardacaq. Bu barədə Macdigger saytı xəbər verib. Bununla belə Ming-Chi Kuo-nun fikrincə təqdim olunacaq modellərdən biri hal hazırkı AirPods nəslinin davamçısı, digər model isə tamamilə yeni dizayna və yüksək qiymət göstəricisinə sahib olacaq.
        Analitik onu da qeyd edib ki, hal hazırkı AirPods nəslinin davamçısı olacaq model çox güman ki, AirPods 2 qiymətində satılacaq. Lakin analitikin 159$-a satılan adi AirPods 2 modelini və ya naqilsiz şarj keysinə sahib və 199$-a satılan AirPods 2 modeini nəzərdə tutuduğu bilinmir. Bununla yanaşı analitik bildirib ki, Apple şirkəti yeni naqilsiz qulaqlıq modellərinin istehsalat prosesində dəyişikliklər edəcək.
        Belə ki, şirkət çoxkristallı qablaşdırma texnologiyasına keçid edəcək. Bu isə qulaqlıqların yığılması prosesini yüksəldəcək, istehsalat yerlərinə qənaət edəcək və istehsalat xərclərini aşağı salacaq. Təəssüflər olsun ki, analitik yeni AirPods modellərində olacaq hansısa funksiyalar barəsində bir məlumat verməyib. Həmçinin analitikin gözləntilərinə görə bu il qulaqlıqların satışları 52 milyonu keçəcək və 2020-ci ildə 75 milyona çatacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər